10 C
Baku
Wednesday, December 11, 2024

“Pampers” və “Fairy” istehsalçısı Rusiyada qiymətləri 40% qaldırıb

Amerikanın gigiyena və məişət kimyası məhsulları istehsalçısı olan “Procter & Gamble martın 15-dən Rusiyada qiymət artımı elan edib”.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, şirkət “Ariel”, “Tide”, “Lenor”, “Fairy”, “Pampers”, “Always”, “Head & Shoulders, Pantene”, “Blend-a-med” və digər markaların sahibidir.

Şirkət nümayəndələrinin sözlərinə görə, bahalaşma rublun ucuzlaşması, materialların qiymətinin artması və daha mürəkkəb logistika ilə bağlıdır. Belə ki, məhsulların 60%-dən çoxu Rusiyadakı iki fabrikdə istehsal olunur. İstehsalın əhəmiyyətli hissəsi Polşadan gətirilib və indi logistika şöbəsi tədarükün alternativ yollarını axtarmalıdır, ona görə də qiymət artır.

Yaranmış vəziyyətlə əlaqədar “Procter & Gamble” aşağıdakılar üçün alış qiymətlərini artıracaq:

– paltar yuyucu vasitələr – 30%

– digər yuyucu vasitələr – 26%

– peşəkar təmizlik məhsulları – 74%.

Körpələrin (+47%) və qadınların gigiyena vasitələri (+33%), gözəllik və sağlamlıq, (+67%), saça qulluq (+63%), eləcə də ağız baxımı məhsullarının (+58%) bahalaşması gözlənilir.

“NappyClub”ın rəhbəri Roman Kvinikadze qeyd edir ki, “Procter & Gamble” bu addım atmağa məcbur olub – logistika ilə bağlı çətinliklər həqiqətən malların qiymətini artırır. Bundan əlavə, məsələn, birdəfəlik uşaq bezləri üçün materiallar daha çox xaricdən gətirilir.

 

Son xəbərlər
Digər xəbərlər