Şirkət onlayn ödənişlər edərkən istifadəçiləri biometrik identifikatorlarla yoxlamaq istəyir
Mastercard Labs tərəfindən hazırlanmış texnologiya, istifadəçilərə onların şəxsiyyətini yoxlamaq üçün barmaq izi və üz tanıma imkanı verən biometrik tanımlayıcıları istifadə etməyə imkan verir.
Bu üsul onlayn alış-veriş zamanı istifadəçilərin mobil cihaz vasitəsilə tanınmasını asanlaşdırır və bank əməliyyatlarının təhlükəsizliyini yaxşılaşdırır.
Mastercard görə, İrlandiya Respublikasında həyata keçirilən online əməliyyatların 1- 2%-i əməliyyat başa çatdırmaq üçün kart sahibinin idensifikasiyasını tələb edir, və bu adətən bir parol vasitəsilə həyata keçirilir. 2019-cu ilin sonunadək təsdiqlənmə ilə bağlı yeni tələblər tətbiq ediləcəyi təqdirdə bu faizin 25% -ə qədər artacağı ehtimal edilir.
Bundan əlavə,aparılan tədqiqatlar nəticəsində online əməliyyatların 86% , offline əməliyyatların isə 95% banklar tərəfindən təsdiq edilidiyi məlum olmuşdur.
Sonia Djilon , İrlandiyada Mastercardın manageri identifikasiya üçün bir parolun istifadəsini köhnəlmiş hesab edir, cünki insanlar bu parolları unutmağa meyillidirlər.
Həmçinin o, qeyd etdi ki, bu səbəbdən insanlar nağd puldan karta, paroldan barmaq izinə keçid edirlər.