“PAŞA Bank” ASC-nin işçi heyətinin sayı artmaqdadır.
Bu barədə Bankın 2018-ci ilin yarımillik hesabatına dair konfransda Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev açıqlama verib.
O, bildirib ki, hazırda (oktyabr ayını əhatı edir) bankda çalışanların sayı 725 nəfərdir.
Bildirək ki, cari ilin iyun ayında isə bu rəqəm 679 nəfərə çatmışdır.