15 C
Baku
Saturday, May 18, 2024

“PAŞA Sığorta”da yeni təyinatlar olub (FOTOLAR)

Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri “PAŞA Sığorta” ASC-nin strukturunda iki yeni təyinat baş tutub.

Banker.az-ın əldə etdiyi məlumata görə, sığorta şirkətinin Pərviz Abbasov Kredit, bazar və likvidlik risklərinin idarəetmə şöbəsinin müdiri təyin edilib. O, buna qədər Risklərin idarə edilməsi üzrə baş mütəxəssis kimi çalışırdı. Buna qədər “Dəmir Bank” ASC və “Expressbank” ASC-də çalışıb.

Araz Məmmədov Əməliyyat risk idarəetmə şöbəsinin müdiri təyin edilib. A.Məmmədov da buna qədər Risklərin idarə edilməsi üzrə baş mütəxəssis kimi çalışırdı. “PAŞA Sığorta”dan öncə “AccessBank” QSC və “Expressbank” ASC-də çalışıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər