22 C
Baku
Saturday, April 20, 2024

“PAŞA Sığorta”nın Direktorlar Şurasına təyinat

“PASHA Holding” MMC-nin sığorta şirkəti “PAŞA Sığorta” MMC-nin rəhbərliyinə təyinat olub.

Banker.az xəbər verir ki, səhmdarlarının qərarı ilə Asəf Akif oğlu Hüseynov Direktorlar Şurasının üzvü seçilib.

Asəf Hüseynov 2021-ci ilin mayından ana şirkət “PASHA Holding”in baş risk inzibatçısıdır.

O, 2015-2017-ci illərdə “Unibank” ASC-nin İdarə Heyətinin sədr müavini, 2019-2021-ci illərdə “PASHA Bank Georgia”nın Direktorlar Şurasının üzvi vəzifəsində çalışıb.

2023-cü ilin fevralında Nofəl Rzayev “PAŞA Sığorta”nın Direktorlar Şurasını tərk etmişdi. Bununla bağlı ətraflı.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkətinin nizamnamə kapitalının həcmi 50 milyon manatdır.  Şirkətin nizamnamə kapitalının 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər