5 C
Baku
Saturday, December 14, 2024

Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Putinə zəng edib

Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Putinə zəng edib
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti xəbər verib.

Məumata görə, Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edilir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. “Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər. Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb”, – məlumatda deyilir.

Daha əvvəl Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər