“Rusiya Silahlı Qüvvələri Ukraynada daha böyük hücumlara hazırlaşır”.
“UNIAN” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adının açıqlanmasının istəməyən yüksəkrütbəli zabiti “Azadlıq” radiosuna müsahibəsində deyib.
“Biz Donetskin cənub-qərbində və İzyumun cənubunda hücum əməliyyatlarının başladığını gördük. Hesab edirik ki, bu, gələcək böyük əməliyyatlar üçün hazırlıqdır”, – o bildirib.
Pentaqon rəsmisinin sözlərinə görə, Rusiya Ukraynada infrastukturu məhv etməkdən ötrü havadan və uzaq məsafədən hücumları davam etdirəcək.