7 C
Baku
Thursday, December 12, 2024

“Pepsi Azerbaijan”a yeni rəhbər təyin edilib

Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan” ( “Mars Overseas Baku LTD” MMC) baş icraçı direktoru dəyişib.

Banker.az xəbər verir ki, Gündüz Haqverdiyev İlqar oğlu şirkətin baş icraçı direktoru təyin edilib. O, buna qədər şirkətin baş maliyyə inzibatçısı idi.

Bu vəzifədə türkiyəli mütəxəssis Bülent Eksini əvəz edib, hansı ki, o üç aydır şirkətə rəhbər kimi təyin edilmişdi.

Gündüz Haqverdiyev 2022-ci ilin iyulundan “Mars Overseas Baku LTD” MMC-nin baş maliyyə inzibatçısıdır.

Buna qədər “E&Y” şirkətində, “PAŞA Sığorta” ASC-də və “Azərpoçt” MMC-də departament rəhbəri vəzifələrində çalışıb.

Xatırladaq ki, “Mars Overseas Baku LTD” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 45.15 mln. manatdır. Şirkət “Pepsi”, “Mountain Dew”, “Miranda”, “7up” kimi qazlı sular, “Jalə”, “Sandra”, “Ya”, “Natura”, “Frukovy Sad”, “Zolotoy Sad” kimi meyvə şirələri, “I’m Tea” və “Lipton” kimi soyuq çay, “Aqua” və “Jalə” mineral suları istehsal edir.

Son xəbərlər
Digər xəbərlər