3 C
Baku
Saturday, December 14, 2024

“Porsche” Kanadada jurnalistlərə “Tesla” avtomobillərini icarəyə verməyə başlayıb

Dünyanın ən tanınmış avtomobil istehsalçılarından biri olan “Porsche” Kanadada jurnalistlərə test üçün rəqib “Tesla” avtomobillərini icarəyə verməyə başlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, şirkətin əsas məqsədi onları “Taycan” modeli ilə müqayisə etməkdir.

Xatırladaq ki, oktyabr ayında “Tesla” Kanadadakı PR şöbəsini tamamilə bağlamışdır. Bu səbəbdən media nümayəndələri test üçün “Tesla Model S P100D” elektrikli avtomobilini icarəyə götürə bilmirlər.

Sonradan “Porsche”nin belə bir modelə sahib olduğu və onu PR-şöbəsinə təqdim etdiyi məlum olub. Şirkət bu addımı “Taycan” modelinə güvəndiyi üçün atıb.

“Porsche” şirkəti dəfələrlə öz avtomobillərini rəqib “Tesla” ilə müqayisə edib: 2020-ci ilin əvvəlində “Taycan” modelinin ilk sınaqları keçirildiyi zaman, həmçinin “Tesla” da təqdim edilmişdir.

“Taycan” gələcəkdə lider ola bilər, lakin “Model S” hələki taxtdan imtina etməyə hazır deyil”, – mütəxəssislər qeyd edirlər.

Son xəbərlər
Digər xəbərlər