Embawood MMC “PR menecer” vakansiyası elan edir
İş yeri: Bakı, Azərbaycan
Iş qrafiki: 5 günlük / saat 09:00 – 18:00
İşin təsviri:
• İnternet səhifələrində şirkətlə bağlı məlumatların yerləşdirilməsi
• Dəyişiklik olan məlumatların yenilənməsi, məlumatların mətni hazırlanması, bannerlər hazırlanması, saytda tələb olunan sorğulara uyğun yerləşdirilməsi
• Ümumi yazılan kontentin izlənilməsi, təstiqlənməsi (həftəlik)
• Səhifələrə daxil olan mürəkkəb sualları,şikayyət və təklifləri cavblandırıb lazım olsa aidiyyatı struktur bölmələrə yönləndirilməsi
• Fərdi şirkətdən lazımı olan sənədlərin toplanılması və müqavilənin tərtibi
• Smslərin müştərilərə çatdırılmasına nəzarət və hesabat
• Yeni istehsal olunacaq məhsulların datasheet-lərini dizayn tam təsdiq olunduqdan sonra çapa göndərilməsi, təhvil alınması və mağazalara paylanılması
• Mağazalara tələb olunan suvenir və promo materiallarının sifariş verilməsi
• Starta veriləcək kampaniya büdcəsinin, tarixlərinin brend menecerdən alınması
• Büdcəyə və tarixlərə əsasən media şirkətinə sorğunun göndərilməsi
• Media şirkəti tərəfindən təqdim olunan media planı, aktları yoxlayıb brend menecerlə razılaşdırılması və təstiq olunması
• Mövzuya uyğun olaraq tenderin elan olunması və şirkətlərin tapılması
• Kampaniyalarnan əlaqədar karkasların yenilənməsi. Mağazalarda reklam məhsullarında yaranan problemlərin həlli.
• Menecer və distribyutorlar tərəfindən daxil olan sifarişlərin reklam şirkətinə sifariş verilməsi və nəzarəti
• Reklam şirkətinə icazə alınması və eskizlərin sifarişin verilməsi ilə bağlı tapşırığın verilməsi, eskizlərin təsdiqi
• Şirkətə aid hər hansı tədbir və fəaliyyəti barədə press-relizlər və məqalələrin yazılması
• Saytda, intranetdə, facebook rəsmi səhifəmizdə məlumatın yayımlanmasına nəzarət
Tələblər :
– Ali təhsil (PR , Marketing, Jurnalistika)
– Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
– Kreativlik
– Micrasoft office(excel,word), Internet Explorer, Outlook Express, 1C photoshop adobe cs6
Maraqlanan namizədlər mövzu yerində “PR Menecer” yazmaqla CV-lərini [email protected] ünvanına göndərə bilərlər