8 C
Baku
Thursday, December 12, 2024

Prezident 4 rayonun qazlaşdırılması ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, sərəncamla Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Sıra №-si Ərazi vahidləri
Ağstafa rayonu
1. Dağ Kəsəmən kəndində yeni massiv
Gədəbəy rayonu
1. Arıqıran kəndi
2. Gərgər kəndi
3. Qasımlı kəndi
Şəmkir
1. Aşağı Çaykənd kəndi
2. Şəmkir şəhərində 2 yeni massiv
Tovuz rayonu
1. Cirdək kəndi
2. Çatax kəndi
Son xəbərlər
Digər xəbərlər