21 C
Baku
Friday, April 26, 2024

Prezident Dövlət Komitəsinə yeni 43 yaşlı sədr təyin etdi

Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.

Banker.az bu barədə Prezidentin 8 yanvar 2020-cu il tarixində imzaladığı sərəncama istinadən xəbər verir.

Buna qədər isə bu vəzifəni hazırkı Prezident Administrasiyası rəhəbəri olan Samir Nuriyev tuturdu. Anar Quliyev həmin zamanda onun I müavini idi.

Anar Quliyev kimdir?

Anar Quliyev 08.10.1977-ci ildə  Bakı şəhəri doğulub.

1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsini İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirmişdir, mühəndis-iqtisadçıdır.

1999-cu ildə əmək fəaliyyətinə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlamış, 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005-2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışmışdır.

2009-2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparatın rəhbəri vəzifələrində işləmişdir.

2018-ci ildən etibarən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 16 may 2014-cü il tarxili Sərəncamı ilə Anar Quliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif edilmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər