9 C
Baku
Friday, December 13, 2024

Prezident Taleh Kazımova daha bir səlahiyyət verdi – Sərəncam

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Banker.az bu barədə Azərbaycan Prezdenti İlham Əliyevin 8 sentyabr 2022-ci il tarixli sərəncamına istinad edir.

Sırıncama görə, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinə Taleh Kazımovun adı daxil edilib.

Buna qədər bu səlahiyyət onun sələfi Elman Rüstəmovda idi.

Bununla da ASK-nın Müşahidə Şurasının tərkibi belə olacaq:

Müşahidə Şurasının sədri

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Taleh Kazımov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.

 

Son xəbərlər
Digər xəbərlər