5 C
Baku
Saturday, December 14, 2024

“PSG Kapital”ın qiymətli kağızlardan gəliri kəskin azalıb

“PSG Kapital İnvestisya Şirkəti” QSC-nin portfelində olan qiymətli kağızlar üzrə faiz gəlirləri kəskin düşüb.

Bu barədə Banker.az investisiya şirkətinin illik hesabatına istinad edir.

Hesabata görə, bu qəbildən olan faiz gəlirləri 2021-ci ildə 419 366 manat təşkil edib. Bu 2020-ci ildə 878 927 manat idi. Bu da 52% azalma deməkdir.

Azalmaya səbəb şirkətin öz hesabına olan portfelin kəskin şəkildə kiçilməsidir.

Şirkətin 2021-ci ilin əvvəlində 18.82 mln. manatlıq qiymətli kağızlar üzrə portfeli ilin sonuna azalaraq 14.42 mln. manata düşüb. Bunun da 13.49 mln. manatı müştəri hesabına, 924 min manatı (2020: 9.21 mln. manat) isə öz hesabındadır.

Bununla belə, investisiya qiymətli kağızlarının 1.17 mln. manatı milli, 13.25 mln. manatı isə xarici valyutada olmuşdur.

Son xəbərlər
Digər xəbərlər