6 C
Baku
Sunday, December 15, 2024

Putin eks-prezidentin ömürlük senator təyin olunması haqda federal qanunu imzalayıb

Rusiya Prezidenti Vladimir Putin eks-prezidentin Federasiya Şurasına ömürlük senator təyin olunması haqda federal qanunu imzalayıb.

Bu barədə Rusiyanın hüquq-informasiya portalında məlumat yerləşdirilib.

Qanun artıq qüvvəyə minib.

Qeyd edək ki, eks-prezidentin səlahiyyət müddəti başa çatandan sonra ömrünün sonunadək senator olmasına imkan verən qanun layihəsi dekabrın 9-da Rusiya Dövlət Dumasında qəbul olunub. Rusiya Federal Məclisi Federasiya Şurasının formalaşdırılması qaydası haqqında qanunun redaksiyasının müəllifi Prezident Vladimir Putin olub. Qanun layihəsi konstitusiyaya düzəlişlər çərçivəsində təqdim olunub. Qanuna təklif olunan yeniliklərə görə, Federasiya Şurası senatorlardan təşkil olunur. Palataların tərkibinə Rusiya Federasiyasının hər subyektindən iki nümayəndə daxil olur – onlardan biri qanunvericilik, digəri isə icra hakimiyyəti orqanlarını təmsil edir. Prezident isə səlahiyyət müddəti başa çatan kimi ömürlük senator təyin olunur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər