12 C
Baku
Wednesday, December 11, 2024

Putinin rəhbərliyi ilə Rusiya Təhlükəsizlik Şurasının müşavirəsi keçirilir

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının müşavirəsi keçirilir.

Müşavirənin əsas mövzusu Rusiyanın yeni regionlarının (Ukraynanın işğal olunan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin-red) təhlükəsizliyi məsələsidir.

Müşavirədə həmin regionların başçıları əyani iştirak edir.

TŞ-nin üzvləri isə müşavirəyə onlayn formatda qoşulub. Putin qeyd edib ki, yeni regionların tezliklə ölkənin hüquqi məkanına inteqrasiyası üçün hər şey edilməlidir.

Onun sözlərinə görə, yeni regionlarda terror aktlarının hazırlanmasında üçüncü ölkələrin potensialından istifadə edilməsini güman etmək üçün bütün əsaslar var.

Son xəbərlər
Digər xəbərlər