10 C
Baku
Wednesday, December 11, 2024

“Qala Həyat Sığorta” səhmdarlarını yığıncağa çağırır

20 may 2024-cü il, saat 10.00-da “Qala Həyat Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5a nömrəli ünvanda yerləşən ofisində cəmiyyətin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2023-cü il üzrə illik ümumi hesabatlarının təsdiq edilməsi.

2. İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər barədə.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər