6 C
Baku
Monday, December 16, 2024

“Qala Sığorta” səhmdarları rəhbərliyə müstəqil üzv salmaq istəyir

“Qala Sığorta” ASC-nin səhmdarları ümumi yığıncaq üçün iclas çağırıb.

Banker.az bu barədə şirkətin elanına istinadən xəbər verir.

30 avqust 2021-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının iclası çağırılır.

İclasın gündəliyinə şirkətin Direktorlar Şurasına müstəqil üzvün seçilməsi məsələsi daxil edilib.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8 944 447 manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 90 %-lik səhmdarı) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər