Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2022-ci ilədək Azərbaycan üzrə cari portfelini iki dəfədən çox artıraraq təxminən 300 mln. avroya çatdırmağı planlaşdırır.
Bu barədə bankdan bildirilib.
Bankdan qeyd ediblər ki, 2022-ci ilə qədər QDTİB Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, kiçik və orta biznesin inkişafına, o cümlədən ölkənin maliyyə sektoruna dəstək vermək və ticarətin maliyyələşdirilməsi üçün kredit xətləri verməklə davam etdirmək niyyətindədir.
Bundan əlavə, bank hazırda bərpa olunan enerji və ticarət sahələrində layihələrin maliyyələşdirilməsi imkanlarını araşdırır.
Qeyd edək ki, QDTİB-dən “APA-Economics”ə verilən son məlumata görə, bankın ölkə üzrə portfeli 123 mln. avro təşkil edir. Ötən ilin sentyabr ayında bu göstərici 100 mln. avrodan bir qədər çox təşkil edib.
©APA