10 C
Baku
Thursday, December 12, 2024

Qarabağda vergi ödəyicilərinə vergi təşviqləri verilə bilər

Vergi qanunvericiliyinə ediləcək dəyişikliklərin sahibkarların maraqlarını təmsil edən ictimai birliklərlə birgə müzakirə çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Nazirlik yanında İctimai Şura arasında görüş keçirilib.

Banker.az nazirliyə istinadən xəbər verir ki, görüşdə DVX-nin Vergi Siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Növbəti ilin büdcə vergi siyasəti çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı Qanun layihəsi” mövzusunda təqdimatla çıxış edib.

Nicat İmanov dəyişikliklərin əsas istiqamətlərindən olan investisiya mühitinin, eləcə də yerli istehsalın təşviqi üçün vergi yükünün azaldılması məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin aqrar emal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi təşviqlərinin verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər