13 C
Baku
Wednesday, May 8, 2024

Qazaxıstan kriptovalyuta mayninqi üzrə vergiləri “qat-qat” artırır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev kriptovalyuta mayninqinə vergilərin artırılması barədə göstəriş verib.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, hazırkı məzənnə 1 tenge təşkil edir – bu, 1 kVt / saat üçün “cüzi məbləğdir”.

“Hökumətə bu vergini mümkün qədər tez bir zamanda dəfələrlə artırmağı tapşırıram”, – deyə siyasətçi söyləyib.

Nazirlər Kabineti aprelin 1-dək mayninqin tənzimlənməsi və inkişafı ilə bağlı tamhüquqlu qərarlar paketini hazırlamalıdır. Tokayev bildirib ki, bu fəaliyyətin sosial-iqtisadi effekti minimaldır, eyni zamanda külli miqdarda elektrik enerji sərfiyyatına səbəb olur.

“Üstəlik, bəzi vicdansız maynerlər açıq şəkildə daha aşağı tariflərdən istifadə edirlər. Xaricdən gətirilən avadanlıqlara görə vergi və rüsum ödənilmir”, – deyə prezident əlavə edib.

Tokayev maliyyə monitorinqi agentliyinə ölkədəki bütün mayninq fermalarını müəyyən etməyi və onların fəaliyyətinin bütün aspektlərini yoxlamağı tapşırıb. O cümlədən, onların işlədikləri müqavilələr.

Qeyd edək ki, hazırda Rusiyada da kriptovalyuta bazarının taleyi müzakirə olunur. Mərkəzi Bank kriptovalyutanın buraxılışı, mayninqi və mübadiləsini qadağan etməyi təklif edib. Buna baxmayaraq, Rusiya Maliyyə Nazirliyi bu təklifə qarşı çıxıb. Yekun qərarın 2022-ci ilin fevralında qəbul olunacağı gözlənilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər