6 C
Baku
Saturday, December 14, 2024

Qazaxıstan kriptovalyutaların alqı-satqısını leqallaşdırıb

Qazaxıstan postsovet məkanında kriptovalyutaların alqı-satqısını rəsmən leqallaşdıran dördüncü ölkə olub. Xatırladaq ki, rəqəmsal valyutaları leqallaşdıran digər ölkələr Belarus, Ukrayna və Estoniyadır. İndi ölkə sakinləri banklar vasitəsilə bitkoin, efir və digər rəqəmsal aktivlərlə əməliyyatlar apara bilərlər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qazaxıstanda qəbul edilmiş qaydalara görə, kriptovalyutalarla əməliyyatlara bir sıra şərtlərlə icazə verilir. Məsələn, kriptobirja lisenziya almalı, banklar isə bu layihəyə qoşulduqlarını bəyan etməlidirlər. Səlahiyyətlilər əməliyyatlara nəzarət və müştəri vəsaitlərinin təhlükəsizliyi üçün “ən yüksək qlobal standartlardan” danışıblar.

Tenge ilə kriptovalyuta almaq imkanından əlavə, layihəni hazırlayan Avrasiya Bankı ilin sonuna qədər ölkədə xüsusi kriptokart buraxmağı planlaşdırdığını açıqlayıb. Onun köməyi ilə mağazalarda kriptovalyuta ilə ödəniş etmək mümkün olacaq. Əməliyyat müştərinin “Intebix” kriptovalyuta birjasındakı hesabından tenge ilə həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər