Qazaxıstanın Azərbaycana xarici borcu bu ilin aprelin 1-nə 55.8 milyon dollar təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankından məlumat verilib.
Belə ki, Qazaxıstanın Azərbaycana xarici borcu bu ilin yanvarın 1-nə olan göstəricidən 30.8% çoxdur.
Qeyd edək ki, ölkənin Azərbaycana olan borcunun 24.8 milyon dolları bank sektorunun payına düşür. 21.1 milyon dolları digər sektorlar, 9.9 milyon dollarını isə şirkətlərarası borclar təşkil edir.