19 C
Baku
Thursday, May 2, 2024

Qazprombank: “Xarici risklərin azalması Azərbaycanda inflyasiyanın yavaşlamasına səbəb olacaq”

Azərbaycanda iyul-avqust aylarında inflyasiyanın iyun göstəricisinə yaxın səviyyəyə enməsi gözlənilir.

Bu proqnozla Rusiyanın “Qazprombank” ASC-nin Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina çıxış edib.

Onun sözlərinə görə, iyun ayında inflyasiya səngiməkdə davam etsə də, hələ də təkrar maliyyələşdirmə dərəcəsini və hədəf dəhlizinin yuxarı həddini üstələyir.

“Azərbaycanda inflyasiya 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin iyun ayında 10.6 %-ə enib, may ayı ilə müqayisədə isə 0.9 faiz bəndi azalıb. Eyni zamanda, inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf dəhlizini (4 % +/-2 faiz bəndi) üstələməkdə davam edir. Belə ki, ölkədə inflyasiya səviyyəsi hədəf dəhlizinn yuxarı həddini 460 baza bəndi, təkrar maliyyələşdirmə dərəcəsini isə 160 baza bəndi üstələyir. Qiymət artımının ləngiməsi bütün seqmentlərdə – ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə davam edib”, – o bildirib.

G. Xaydarşina hesab edir ki, xarici inflyasiya fonu zəifləməkdə davam edir: “2023-cü ilin yanvar-may aylarında Azərbaycanın aparıcı ixracatçıları – Rusiya, Türkiyə və Çin birlikdə ölkə idxalının 48 %-ni təşkil edib. Cüzi sürətlənsə də, Rusiyada inflyasiya illik ifadədə 3.3 %-lə aşağı səviyyədə qalıb. Türkiyədə iyun ayında istehlak qiymətlərinin artımı may ayı ilə müqayisədə 1.4 faiz bəndi azalaraq 38.2 %-ə düşüb. Bundan başqa, daxili tələbin gözləniləndən daha yavaş bərpası fonunda Çində inflyasiya səviyyəsi sıfıra enib. Digər tərəfdən, qlobal iqtisadi yavaşlama risklərinin artması fonunda ABŞ-da və Avrozona ölkələrində də inflyasiyanın yavaşladığını müşahidə edirik. Beləliklə, yaxın gələcəkdə Azərbaycan üçün idxal qiymətlərinin artması ilə bağlı risklər azalacaq”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər