9 C
Baku
Thursday, December 12, 2024

QDTİB manat istiqrazlarının ikinci emissiyasını təxirə salıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 2020-ci ilin əvvəlinə planlaşdırılmış manat istiqrazlarının ikinci emissiyasını təxirə salıb. Bu barədə  bankdan bildirilib.

Bankda qeyd ediblər ki, Azərbaycanda maliyyə bazarında tənzimləmənin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə əlaqədar olaraq QDTİB manat istiqrazlarının ikinci emissiyasını bu sahədə daha çevik qanunvericiliyin yaranmasını gözləyərək təxirə salıb.

Qeyd edək ki, ötən ilin avqustun 1-də QDTİB 10 mln. manat məbləğində, hər biri 1 000 manat dəyərində olan 10 min ədəd istiqraz emissiya edərək Bakı Fond Birjasında yerləşdirib.

©APA

Son xəbərlər
Digər xəbərlər