23 C
Baku
Saturday, April 27, 2024

Qeyri-adi tarixi faktlar

1938-ci ildə Stalin təyyarəçi Valeriy Çkalova SSSR-in Daxili İşlər üzrə Xalq Komissarlığına başçılıq etməyi təklif edir. Əgər Valeriy Çkalov bu təklif ilə razılaşsa idi, məşhur təyyarə qəzası baş verməyəcəkdi və biz indi onu qəhrəman təyyarəçi kimi deyil, cəllad kimi yadda saxlayacaqdıq.

İngiltərənin kralı VIII Henri «Ballı burun Kral» ləqəbini almışdı. Xəzinədə vəsait az olduğu üçün o, gümüş sikkələr əvəzinə gümüş ilə örtülmüş bürünc sikkələr buraxmışdı. Dövriyyə zamanı gümüş örtük sürtülürdü və sikkələrin bürüncdən olduğu görünürdü. Sikkələrin üzərində kralın anfas portreti var idi. Portretdə ən böyük hissə kralın burnu idi. Və gümüş ilkin olaraq burun hissəsindən sürtülürdü.

Napaleon Vaterloo döyüşündə yatıb qalmışdı. Bonapart hemoroydan əziyyət çəkirdi və o, siptomatik müalicə alırdı. Napaleona ağrı kəsici verilirdi və həmin dərman yuxu gətirirdi.
Bonapart döyüşdən əvvəl yatır və döyüşün kritik anına qədər heç kim onu oyatmağa cürət etmir.

XVI əsrdə katolik İoxan Rayndoldskiy və protestant Edmund Randols tərəfindən ən maraqlı diskussiya baş tutmuşdu. Hər iki tərəf öz dini təlimlərinin xeyrinə kəskin faktlar təqdim etmişdilər. Disput isə İoxanın protestan, Edmundun isə katolik olması ilə nəticələnmişdi.

B. e. ə. V əsrdə spartalı sərkərdə Pavsaniy vətənini farslara satır. Pavsaniyin xəyanəti aşkarlanmış və sübut edilmişdi və o, edam olunmağa məhkum olunmuşdu. Pavsaniy Afina ilahəsinin məbədində gizlənir. Onu məbədin daxilində öldürmək dinə zidd idi. Lakin spartalılar onu cəzalandırmağı çox istəyirdilər.

Spartalılar həll yolunu Pavsaniyi məbədin divarlarına hörərək tapırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər