9 C
Baku
Thursday, December 12, 2024

Qırmızı ya göy: həyatımızı idarə edən rənglər

Sadəcə təsəvvür edin ki, haradasa (dəqiq harada olması vacib deyil) nəhəng bir düymə vardır ki, onu basmaqla siz dünyanın sonunun başlanğıcını qoya və bütün planeti alt-üst çevirə bilərsiniz.

Bu düyməni təsəvvür etməyə çalışın. Təsəvvür edə bildiniz? Sizə görə o, nə rəngdə olar?

Demək olar ki, insanların 100%-i onu qırmızı rəngdə təsəvvür edir. Məsələ onda deyil ki, bu rəng bizdə işıqforun müvafiq rəngi və digər həyəcan siqnalını işə salan düymələr ilə assosiasiya olunur. Sadəcə bizim orqanizm məxsusi olaraq iki rəngə – göy və qırmızı rənglərə elə reaksiya verir ki, hətta elm belə bu faktorun qarşısında əllərini yanına salır.

1. Sizə layiq olmadığınız üstünlüyü qazandırır

2004-cü ilin olimpiyada oyunu zamanı hesablanmışdır ki, qırmızı geyimdə çıxış edən idmançılar hakimlərdən daha çox xal qazanırmışlar. Xüsusi ilə də kontakt tələb edən idman növlərində, məsələn boks, teykvando və ya yunan-roma güləşir. Qırmızı və göy geyimli teykvando yarışçılarının döyüşlərinin hakimlər tərəfindən qiymətləndirilməsinə isə ayrıca bir tədqiqat həsr olunmuşdu. Eyni döyüşün video yazısına kompüterdə baxdıqda isə nəticələr tam dəyişirmiş, yeganə fərq onda imiş ki, kompüter vasitəsi ilə rənglər bir-birinə əks dəyişmişdi. Belə məlum olmuş ki, qırmızı geyimli idmançıların hakimlərdən xal qazanmaq şansı 13% daha çoxdur.

2. Əqli qabiliyyətlərə təsir göstərir

Doğrudan da, sübut olunub ki, İQ test keçməkdən öncə qırmızı rəngli əşyaya baxsaq, onda testin nəticələri daha aşağı olacaqdır. Özü də ki, fərq kifayət qədər aşkar hiss olunandır.

Məntiqi tapşırıqları qırmızı rənglə əhatə olunmuş mühitdəhəll edən uşaqlar onların öhdəsindən daha çətinliklə gəlirdi, çünki bu rəng onları daha ehtiyatlı davranmağa sövq edirdi. Ətrafda hər şey qırmızı rəngdə olanda insan bir mənalı olaraq, çətin və bir neçə həll yolu mümkün olan situasiyalardan qaçmağa çalışır. Bir də ki, siz daima ayıq-sayıq və göz-də qulaqda olub, sizi hər an təhlükə gözlədiyinizi düşünsəniz, onda məhsuldar fikirləşmək sizə daha çətin olacaq.

Belə hallarda sizə hansı rəng soyuqqanlı və məntiqi mühakimə qabiliyyətini geri qaytara bilər? Biz “soyuq” sözünü deyəndə gözümüzün qarşısında hansı rəng canlanır, əlbəttə ki göy. Deməli köməyimizə məhz göy rəng çata bilər. Tədqiqatçılar 600 təcrübə iştirakçısından test tapşırıqlarını həll etməyi xahiş ediblər, bu tapşırıqlar qırmızı, ağ və göy rəngli fonları olan kompüter ekranlarına çıxarılıb. Əgər sualın cavabını tapmaq üçün yaradıcı qabiliyyətləri işə salmaq tələb olunurdusa, onda göy ekran qarşısında dayanan iştirakçılar tapşırıqların öhdəsindən digərləri ilə müqayisədə iki dəfə yaxşı gəlirdi.

3. Bizi fiziki cəhətdən daha güclü edir

Qırmızı rəng həqiqətən də sizə daha sürətli və güclü olmağa kömək edə bilər. Bir dəfə təcrübə zamanı tələbələrdən öz güclərini gücölçən cihaz vasitəsi ilə ölçməyi xahiş edirlər. Bu zaman onlara qırmızı, boz və göy fonda görmə siqnalları ötürülür. Fon qırmızı olanda gənc insanlar purjinləri daha güclü və daha sürətlə sıxırlar

Baxmayaraq ki, göy rəngin xüsusiyyətləri qırmızı ilə tamamı ilə əksdir, elmi tədqiqatlar bir neçə olduqca təəccübləndirici faktları üzə çıxarıblar.

Göy rəng sizə yuxudan oyanmağa kömək edir,… hətta sizin görmə qabiliyyətinni olmasa belə. Sizə heç bu rəngi “görməyə” də ehtiyac yoxdur, o sizin bədəninizdəki proseslər siz özünüz hiss etmədən belə dəyişməyə başlayır. Bizim gözümüzdə elə reseptorlar var ki, onların görə qabiliyyətinə bilavasitə əlaqəsi yoxdur. Bu rənglər işıq tapdıqda, xüsusən də göy rəngdə, onda onlar melatonin hormonunun ifrazına mane olmağa başlayır. Bu hormon isə insana daha yaxşı yatmağa kömək edir. Deməli hormonun ifrazı aşağı düşdükdə insan yuxuya gedə bilmir, əgər yuxudadırsa ayılır.

4. Sağaltmaq qabiliyyəti

Rəng dalğalarının müxtəlif tezlikləri həqiqətən də insan bədəninin hüceyrələrini bərpa etməyə kömək edir. Xüsusən də bu məsələ ilə bağlı daha çox NASA mütəxəssisləri araşdırma aparıblar. Onlar, biz öz bədənimizin dəyərli hüceyrələrini spektrin infraqırmızı hissəsinə yaxın rəng altına qoyduqda (bu görünən qırmızı rəngin sərhəddindən bir az aralıdır) nə baş verdiyini araşdırmış və HEALS adlı xüsusi texnologiya tərtib etmişlər, bu isə insanların bədən hüceyrələrini uzun işıq dalğaları ilə şüalandırma zamanı hüceyrələri sağaltmağa icazə verir. Bu qurğulardan artıq yanıqları və dəridəki diabet yaralarını sağaltmaq üçün istifadə edilir, nəticələr həqiqətən heyran edicidir.

5. Nəhayət, rənglər sizin nə aldığınıza təsir göstərir

Kompaniyaların öz loqotiplərinin hazırlanması və onun üçün rəng seçmək məqsədi ilə milyonlarla pul xərclədiyi bir zəmanədə yaşayırıq, onlar bunun heç birini əbəs yerə etmirlər. Bunlar hamısı bizim “rəng düymələrimizə” effektiv təsir etmək üçün həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər