Hesabat ayında quş əti də daxil olmaqla diri çəkidə 43.1 min ton ət, 157 min ton süd, 152.9 milyon ədəd yumurta istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3 faiz, süd istehsalı 1.5 faiz artıb, yumurta istehsalı isə 4.6 faiz azalıb.
Onu da qeyd edək ki, 2021-ci il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 13.7 min baş iribuynuzlu mal-qara, 22.1 min baş qoyun və keçi mövcud olmuşdur.