10 C
Baku
Friday, December 13, 2024

“Rabitəbank” 5 milyon manatdan çox mənfəət açıqladı

“Rabitəbank” 2023-ci ilin 1-ci rübünü 5 milyon 79 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 5 milyon 73 min manat təşkil edib ki, bu da illik müqayisədə 0.1% artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ  ARTIB

Yanvar-mart aylarında “Rabitəbank”ın gəlirləri 30 milyon 967 min manat (əvvəlki ilə nisbətən 21.3% çox), xərcləri isə 25 milyon 999 min manat olub.

KREDİT PORTFELİ BÖYÜYÜB

Bu ilin aprelin 1-nə bankın aktivləri 924 milyon 384 min manat olub. Ötən ilin sonunda “Rabitəbank”ın aktivləri 954 milyon 990 min manat təşkil edib. Bunun da 632 milyon 927 min manatı müştərilərə verilmiş kreditlərdir. Beləliklə, 3 ayda bankın kredit portfeli 3.6% böyüyüb.

KAPİTALI ARTIB

“Rabitəbank”ın 3-cü rübdə öhdəlikləri 3% azalaraq 817 milyon 277 min manat, kapitalı isə  107 milyon 107 min manat olub. Bankın depozit portfeli 549 milyon 456 min manat olub ki, bunun 325 milyon 389 min manatı fiziki şəxslərin depozitləri, 224 milyon 68 min manatı isə hüquqi şəxslərin depozitləri təşkil edib.

r1 r2 r3

Son xəbərlər
Digər xəbərlər