10 C
Baku
Wednesday, December 11, 2024

REKORD göstərici: ötən il şirkətlər dövlətə 8.5 mlrd. manatdan çox mənfəət vergisi ödəyib

Azərbaycanda fəaliyyətdə olan hüquqi şəxslər 2022-ci ildə dövlət büdcəsinə 8 mlrd. 522.5 mln. mənfəət vergisi ödəyiblər ki, bu da ölkə tarixində ən yüksək rəqəmdir.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ildə dövlət büdcəsinə öncəki illə müqayisədə  5 milyard 564.1 milyon manat çox, yaxud 2.8 dəfə çox mənfəət vergisi ödəyiblər.

Beləliklə, 2022-ci ilin dövlət büdcəsi gəlirlərinin 27.5%-i şirkətlərin mənfəət vergisi üzrə gəlirləri olmuşdur.

DSK-nın son məlumatlarına əsasən büdcə gəlirləri 2022-ci ildə 30 milyard 940.7 milyon manat olub.

Banker.az-ın tərtib etdiyi renkinqə görə, hesabat ilində rüblük hesabat açıqlayan banklar büdcəyə 261.5 milyon manat mənfəət vergisi ödədiyi məlum olub.

Picture1

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.

 

Son xəbərlər
Digər xəbərlər