Roman Abramoviç, 24 oktyabr 1966 ci il Saratovda dünyaya gəlib. Boyu 177 sm, çəkisi 75 kq-dır. İşgüzar mühitdə yaxşı tanınan Abramoviç Çukotsk vilayətinin eks-qubernatorudur.
Roman Abramoviçin valideynləri Komi respublikasında, Sıktıvkar bölgəsində yaşayıblar. Atası sovet xalq təsərrüfatında işləyib və tikintidə baş verən qəza zamanı vəfat edib. Həmin vaxt Romanın cəmi 4 yaşı var idi, anası isə uşağın bir yaşı olarkən rəhmətə gedib. Romanın tərbiyəsi ilə onun daysı Leyb məşğul olub, ona görə bütün gəncliyini Abromoviç Uxtada keçirib. 1974-cü ildə oğlan digər dayısının, Moskvada yaşayan Abramın yanına köçür. O, məktəbi paytaxtda başa vurur. Daha sonra o, iki il ərzində Vladimir dairəsinin artilleriya alayında hərbi xidmət keçir.
1983-cü ildə Roman Abramoviç Uxta Sənaye institutuna daxil olur, burada o, meşə-texniki fakültəsində, nümunəvi adlandırılmayacaq səviyyədə təhsil alır. Amma ki, gənc insanın çox əla təşkilatı bacarıqları olur. Baxmayaraq ki, o kursda yaş etibarı ilə hamıdan balaca idi. Yeri gəlmişkən, Roman ali məktəbi başa vura bilmir.
Yeni başlayan biznesmen
80-ci illərdə kiçik biznesə başlayır, o, əvvəlcə istehsaldan başlayır, daha sonra isə ticarət və vasitəçilik əməliyyatlarına keçir. Daha sonra isə neft ticarəti onun başlıca istiqamətinə çevrilir. O, sıx şəkildə Boris Berezovskiy və Boris Yelsin ilə münasibət qurmağa başlayır. Deyirlər ki, məhz bu səbəbdəndir ki, o «Сибнефть» neft kompaniyasını əldə edə bilmişdir.
Uğurlu milyarder
1999-cu ildə Abramoviç artıq Dövlət Dumasının №223 saylı Çukot dairəsi üzrə deputatı idi. Yeri gəlmişkən, «Сибнефтью»-in neft məhsullarının satışı ilə məşğul olan digər törəmə kompaniyalar məhz Çukot da qeydiyyatdan keçirilib. 2000-ci ildə Roman artıq Dövlət dumasının Yaxın Şərq və Şimal problemləri üzrə komitəsinin üzvü idi. Lakin o, komitəni çox tez tərk edir, belə ki, Çukot əyalət dairəsinin qubernatoru təyin olunur. Yerli mətbuatın məlumatına əsasən Abramoviç mütəmadi olaraq regionun inkişafına pul yatırırdı.
Çelsi
2003-cü ildə Roman Abramoviç 140 milyon funt sterlinqə İngiltərənin “Chelsea” futbol klubunu alır və faktiki olaraq, Böyük Britaniyaya köçür. İki il sonra isə o, «Сибнефть» kompaniyasının səhmlərinin 75,7%-ni Qazproma satır. Daha sonra qubernator postunu tərk etməyə cəhd edir, amma prezidentlə görüşdən sonra fikrini dəyişir. 2005-ci ildə onu yenidən Çukot əyalət dairəsinin başçısı vəzifəsinə təyin edirlər. 2008-ci ildə onun səlahiyyətləri könüllü istəyi ilə vaxtından əvvəl dayandırılır. O, əvvəlcə Çukot Dumasının deputatı, daha sonra isə Dumanın sədri oldu.
İşgüzar fəaliyyət
Abramoviçin əmək bioqrafiyası adi bir fəhlə kimi başlayır, üç il ərzində o, «Mosspetsmontaj» trestində mexanik kimi işləyib. 80-ci illərin sonunda “Uyut” adlı kooperativi alıb. O, polimerlərdən oyuncaq istehsal edirdi. 90-cı illərin əvvəllərində Roman bir neçə firma təsis edir, bu sırada «Elita», «Mekonq» və s. qeyd etmək olar. Daha sonra o, «ABK» adlı xırda müəssisəsinin rəhbəri olur, bu kompaniya vasitəçilik və ticarət ilə məşğul idi. 1992-ci ildə Abramoviç haqqında artıq həbs qərarı çıxarılmış, özü isə 55 sistern dizel yanacağı oğurlamaqda şübhəli bilinmişdir. Lakin əməlin cinayət tərkibini sübut edəcək dəlillər olmadığı üçün iş bağlanıldı.
Netf treyderi
1993-cü ildə Roman «Noyabrskneftqaz» kompaniyasında neft satmağa başlayır. O, Boris Berezovskiy ilə birlikdə Runicom Ltd adlı offşor kompaniyası yaradır və onu Cəbbəllüttarixdə qeydiyyatdan keçirir, həmçinin bir neçə törəmə kompaniyada Avropada qeydiyyata salınır.
Öz həyat yoldaşı Darya Jukova ilə birlikdə
1996-ci ilə qədər iş adamı Moskva nümayəndəliyinin tərkibində idi
Sibneft
1995-ci ildə 28 yaşlı Abramoviç və Brezovskiy ilə birlikdə Omsk neft emalı zavodu və “Noyabrskneftqaz” kompaniyaları əsasında inteqrasiya olunmuş-vertikal neft kompaniyası layihəsinin əsasını qoyurlar. Beləliklə “Sibir Neft Kompaniyası” təsis olunur. 1996-cı ildə Abramoviç “Noyabrskneftkim” səhmdar cəmiyyətinin idarə heyətinin üzvü və “Sibneftin” Moskva nümayəndəliyinin sədri olur.
Qalmaqallı məşhurluq
1998-ci ildə “Sibneft” ilə “Yukos” kompaniyalarını birləşdirməkdə ilk cəhd uğursuzluğa düçar oldu. Səhmdarların ambisiyaları bu sövdəni başa çatdırmağa imkan vermir. Deyirlər ki, Abramoviçin və Berezovskinin fikirləri məhz həmin məqamdan etibarən daha üst-üstə düşmür və maraqları ayrılır. Həmin dövrdə biznesmenin adı ilk dəfə KİV-də görünməyə başlayır. İnformasiyalarda qeyd olunurdu ki, Abramoviç prezidentin qızı Tatyana Dyaçenko və onun gələcək əri Yumaşevin yerinə pul ödəyir.
2000-ci ildə Oleq Deripask ilə birlikdə «Rus alüminiumu» zavodunu yaradır, onlar həmçinin Krasnoyarsk su elektrik stansiyasının, «İrkutskenerqo», «Ruspromoavto» avtomobilqayırma holdinqinin şərikli sahiblərinə çevrilirlər. Həmin dövrdə Roman Berezovskiydən ORT-nin aksiyalarını alır və daha sonra onları Sberbanka (Əmanət bankına) satır. 2001-ci ildə «Sibneftin» səhmdarları «Aeroflotun» bloklaşdırıcı səhm paketini alırlar. Cəmi bir neçə ay sonra Baş Prokororluq «Sibneftin» bir neçə rəhbər vəzifə tutan əməkdaşına qarşı cinayət işi açır. Lakin cinayət tərkibinin olmamasına görə araşdırma bağlanır və təhqiqat yarıda qalır.
2003-cü ilin yayında Roman “Chelsea” klubunu alır, həmin dövrdə klub iflas ərəfəsində idi. O borcları ödəyərək, ən bahalı oyunçuları alıb kluba gətirir. O zaman deyirdilər ki, Abramoviç rus pullarını ingilis futboluna xərcləyir. Alqı müqaviləsi 140 milyon funt sterlinqə başa gəlir. Yeri gəlmişkən Çelsi ilk dəfə 2012-ci ilin mayında UEFA çempionlar liqasının qalibi olur.
2003-cü ildə yenidən “Yukos” və “Sibnefti” birləşdirməyə cəhd edildi. 2005-ci ildə isə o, artıq bir sıra digər şirkətlərdəki səhmlərini satır, məsələn «Ruspromoavto», «Rus alüminiumu» «Aeroflot» və «Sibneft».
Mühafizə
Bəzi məlumatlara əsasən Roman Abramoviçin şəxsi mühafizəsində 40-a yaxın peşəkar mütəxəssis vardır, onlardan 20-yə yaxını Britaniyadadır və elə o qədər də adam onu qatarlarda müşayiət edir.
Nəqliyyat vasitələri
Romanın lüks kateqoriyalı yaxtaları vardır. Onun istifadəsində həmçinin Boinq 767-33A/ER təyyarəsi də daxildir. Təyyarəni aldıqdan sonra biznesmen onu öz zövqünə uyğun təchiz etmişdir. 2008-ci ildə Abramoviç A340-313X seriyalı daha bir təyyarə alır. Həmçinin Abramoviç daha 3 vertolyota sahibdir.
Bundan əlavə iki ədəd zirehli, güllə keçirməyən “Maybax” limuzinini və Ferrari FXX, Maserati MC12 Corsa, Bugatti Veyron, Ferrari 360 avtomobillərini qeyd etmək olar.
Sərvətinin miqdarı
Forbes jurnalının son məlumatlarına əsasən Abramoviç 10.2 milyard dollarla dünyanın 107-ci, Rusiyanın isə 13-cü ən zəngin insanıdır. Ötən isə Abramoviç 61-ci yerdə idi.
İkinci həyat yoldaşı ilə boşanmamışdan əvvəl Romanın banklardakı hesablarında 8 milyard funt sterlinqə yaxın pul var idi. Bundan başqa, Abramoviç maşın və yaxtalarla yanaşı, 28 milyon funt sterlinqlik villaya, bir çox ev və köşklərə sahibdir.
Şəxsi həyatı
Roman Abramoviç iki dəfə evli olub. İlk həyat yoldaşı Astraxandan Olqa Lısova, daha sonra isə keçmiş stüardessa olan İrina ilə evlənib. Bu nigahdan onun 5 – 2 oğul və 3 qızı dünyaya gəlmişdir. 2007-ci ildə onlar boşandılar və tərəflər uşaqların kimdə qalması və əmlakın bölüşdürülməsi barədə razılığa gəldilər. Hazırda Roman Abramoviç Darya Jukova adlı dizaynerlə görüşür və 2009-cu ildə o Romana bir oğul dünyaya gətirmişdir.