22 C
Baku
Saturday, April 20, 2024

Rusiya aviasiyası Kiyev yaxınlığında hərbi zavoda zərbə endirib

Rusiya Ukrayna Silahlı Qüvvələrinin öz ərazisindəki təxribatlarına Kiyevdəki obyektlərə yeni raket zərbələri ilə cavab verəcək.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Kiyevdəki hədəflərə endirilən raket zərbələrinin sayı və miqyası Kiyev millətçi rejiminin Rusiya ərazisində hər hansı terror xarakterli hücum və ya təxribat törətməsinə cavab olaraq artacaq”, – Konaşenkov vurğulayıb.

Rusiya MN sözçüsü qeyd edib ki, bu gecə “Kalibr” dəniz bazalı raket Ukrayna paytaxtının kənarında yerləşən Julyanskidəki “Vizar” hərbi zavodunu vurub: “Zərbə zenit-raket komplekslərinin istehsalı və təmiri sexlərini dağıdıb. Ümumilikdə, müxtəlif ərazilərdə 13 hərbi obyekt vurulub. Bundan başqa, Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemi Çerniqov yaxınlığında aprelin 14-də Bryansk vilayətinin Klimovo kəndində hücum həyata keçirən Mi-8 helikopterini vurub.

Xarkov vilayətinin Lozovaya kəndi yaxınlığında da Su-27 qırıcısı vurulub”.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər