Rusiyanın “SberAutoTech” şirkəti “FLIP” adlı tam avtonom pilotsuz elektromobilin prototipini təqdim edib.
Bu barədə “RİA Novosti” kadrlar yayıb.
Məlumatda bildirilir ki, maşının xarici ölçüləri adi avtomobilin qabaritləri ilə eynidir, ancaq içəridə 40 faiz daha artıq yerə sahibdir. Belə ki, altı nəfərlik salona malik elektromobildə sükan və ya başqa idarəetmə sistemi yoxdur.
“FLIP”lərin bir-biri ilə əlaqə qura biləcəyi də vurğulanıb.
O da bildirilir ki, sözügedən elektromobil beşinci səviyyəli pilotsuzdur.