Rusiya hərbçiləri Xarkov vilayətində 5 yaşayış məntəqəsini tutub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Şimal qüvvələri qrupunun bölmələri hücum əməliyyatları nəticəsində Xarkov vilayətinin Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçya yaşayış məntəqələrini azad edib”, – deyə bildirilib.
Bundan əlavə, “Mərkəz” qoşun qrupunun bölmələri Donetsk Xalq Respublikasının (DXR) Keramik kəndini nəzarətə götürüb.