10 C
Baku
Friday, December 13, 2024

Rusiya qızılbalıq istehsalına görə dünyada birinci olub

2023-cü ilin sonuna qədər Rusiya qızılbalıq istehsalında dünyada birinci olub. Bildirilir ki, il ərzində ölkədə 609 min ton qızılbalıq ovlanıb. Bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev kənd təsərrüfatı istehsalının yekunları ilə bağlı operativ qərargahın iclasında çıxış edib. O, qeyd edib ki, heyvandarlar süd istehsalını 500 min ton, ət istehsalını 300 min ton artırıb. Ümumilikdə, kənd təsərrüfatı məhsullarının ixracı 45 milyard dolları ötüb.

Qızılbalıq istehsalında 2023-cü ilin nəticəsi Rusiya tarixində ikincidir – ilk rekord 2018-ci ildə olub və 676 min ton təşkil edib.

2023-cü ilin sonunda ABŞ Rusiya sularında tutulan qızılbalıq, treska, xərçəng və mintay idxalına qadağa qoyub. ABŞ-da Konqresin Nümayəndələr Palatası Rusiyanın kənd təsərrüfatından asılılığı məhdudlaşdırmaq üçün “No Russian Agricultural Act” qanun layihəsini qəbul edib.

Son xəbərlər
Digər xəbərlər