16 C
Baku
Thursday, March 28, 2024

Rusiya SSRİ dağılandan sonra qazandıqlarını 2022-ci ildə itirdi, qalanını isə yaxın gələcəkdə itirəcək

  • Dünya Rusiyadan bu qədər açıq təcavüz gözləmirdi. Rusiya da bir az öncə elan olunan sanksiyalar paketini gözləmirdi. Öncəki yazımda qeyd etdiyim kimi, ABŞ və Britaniya öncə haqqında bircə kəlmə belə demədikləri sanksiyaları tətbiq edirlər;
  • Rusiya SSRI dağılandan indiyə qədər qazandıqlarının bir hissəsini 2022-ci ildə, qalanlarını isə yaxın bir neçə ilə itirəcək;
  • Rusiya təkcə enerji bazarından deyil, dünya iqtisadiyyatının tərkib hissəsindən qoparılacaq;
  • Bu sanksiyalara dözəcək Rusiya bir müddət sonra daha çox aqrar ölkəyə çevriləcək;
  • Bundan sonra Rusiya üçün ABŞ və Qərb qədər həm də öz oliqarxları təhlükəli olacaq;
  • SWIFT ən son addımdır. SWIFT-in mahiyyətini bilənlər səbəbləri bilir;
  • Bu müharibənin nəticəsindən asılı olmayaraq Rusiyanın maliyyə-iqtisadi itkiləri çox ağır olacaq;
  • 2022-ci ilin fevral ayı. Dünyanın bundan sonrakı iqtisadi xəritəsinin və əlaqələrin dəyişdiyi ay kimi tarixə düşəcək;
  • Müharibənin uzanıb-uzanmamasından asılı olmayaraq nəticələrinin təsirləri uzunmüddətli olacaq;
  • Təəssüf ki, bu hadisələrin bütün MDB dövlətlərinin iqtisadiyyatlarına birbaşa və dolayı olaraq mənfi təsirləri qaçılmaz olacaq. Dolayı təsirləri birbaşa təsirlərindən (ticarət balansı, idxal-ixrac və sair) daha böyük ola bilər;
  • Digər MDB ölkələrinə nisbətən ölkəmizin manevr imkanları daha çoxdur. Amma əlbəttə müqayisədə.

Haşiyə: İqtisadi itkiləri, dağıntıların həcmini ölçmək, sonradan bərpa etmək mümkün olur. Axıdılan qanları və göz yaşlarını isə təəssüf ki, geri qaytarmaq, ölçmək və bərpa etmək olmur. Ödənməli ən böyük bədəl bu göz yaşlarının bədəlidir.

Müəllif
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər