30 C
Baku
Thursday, June 30, 2022

Rusiya-Ukrayna müharibəsinin 21-ci günü

 17:58  Zelenski Co Baydenə: Dünyaya rəhbərlik etmək “sülhün lideri” olmaq deməkdir.

 17:47  Moskva danışıqlar zamanı Ukraynanın neytral statusu ilə bağlı və onun gələcəyi üçün prinsipial məsələləri müzakirə etməyə hazırdır, Putin bildirib.

 17:46  — Putin: Rusiya Federasiyasına qarşı sanksiyalar avropalıların və amerikalıların özlərini də zərər vurdu.

 17:44  Putin: Kiyevin Donbas və Krıma hücumu an məsələsi idi, Rusiya bunun qarşısını aldı.

 17:32  Zelenski ABŞ Konqresindəki çıxışında Ukraynanı zenit raket sistemi S-300 də daxil olmaqla hava hücumundan müdafiə sistemləri ilə təmin etməyi xahiş edib.

 17:24  — Bu dəqiqələrdə Rusiya bayrağı Avropa Şurası önündəki bayraqlar meydanından endirildi.

 17:00  Almaniya Nazirlər Kabineti NATO əsgərlərinin Ukraynaya göndərilməsinə qarşı çıxıb və bunu “qırmızı xətt” adlandırıb.

 17:00  Lavrov türkiyəli həmkarı ilə Putin və Zelenski arasında görüş ehtimalını müzakirə etmədiyini deyib.

 16:47  Türkiyənin xarici işlər naziri bildirib.

    • Ankara Türkiyə vətəndaşlarının Ukraynadan təxliyyəsi ilə bağlı köməyə görə Rusiya tərəfinə minnətdardır.
    • Ukraynada qan tökülməsinə son qoyulmalıdır, orada humanitar vəziyyət pisləşir.
    • Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarını dəstəkləyir.

 16:44  — Sergey Lavrov:

    • Ankara Ukraynadakı vəziyyətə konstruktiv yanaşır və Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.
    • Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması kursunu alqışlayır.
    • Rusiya və Türkiyə tez-tez görüşməli və beynəlxalq məsələlərdə müqayisə etməlidir

 16:26  İtaliyanın Finguardia şirkəti rusiyalı iş adamı Avenin Sardiniyadakı mülkünü 4 milyon avroya həbs edib.

 16:22  Kremlın ən real kompromis variantı: Dimitri Peskov deyib ki, Moskva Ukraynanın İsveç və ya Avstriya nümunəsində öz ordusuna malik olmaqla silahsızlaşdırılmış dövlətə çevrilmək ideyasını nəzərdən keçirməyə hazırdır.

 16:04  Avropanın ən böyük enerji şəbəkəsi “E.ON” Rusiyadan qaz alışını dayandırıb.

 15:56  — “BMW” və “Volkswagen” Ukraynadan gətirilən hissələrin çatışmazlığı səbəbindən bütün Avropadakı zavodlarının işini dayandırıb, FT bildirir.

 14:24  —Çavuşoğlu Moskvada:

 14:24  Baş nazirin müavini Yuri Borisov zərurət yaranarsa Birləşmiş Təyyarə Korporasiyası (UAK) İl-96 və Tu-214 təyyarələrinin istehsalını artıra biləcəyini deyib.

Xatırladaq ki, Qərb tərəfindən RF-yə son günlərdə təyyarə və onun hissələrinin satışı qadağan edilib.

 14:22  Yaponiyanın Baş naziri bildirir ki, ölkəsi Rusiya Federasiyasına qarşı maliyyə sanksiyalarını genişləndirəcək, dəbdəbəli malların ixracını qadağan edəcək.

 14:00  — Rusiya Prezidentinin mətbuat katibi Peskov bunları deyir:

    • Putinin gələn həftə Rusiya Bankının rəhbəri postuna kimin namizədliyini təqdim edəcəyini ilə bağlı: “Biz heç vaxt belə bir şey elan etməyəcəyik”.
    • ABŞ dünyanın bir çox ölkəsinə təzyiq edir, çoxları bu təzyiq altında əyilir, lakin bunun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edənlər də var.
    • Ukrayna ətrafında vəziyyəti Moskva və Kiyev arasında aparılan danışıqlarda razılaşmaların köməyi ilə yaxşılaşdırmaq olar.

 13:27 İsveçrə Avropa İttifaqının Belarusa qarşı sanksiyalarına qoşulub.

 13:25  İspaniya Rusiya vətəndaşlarına “qızıl” vizaların verilməsini dayandırıb

 13:00   — Rusiya XİN başçısı Sergey Lavrov bu gün RBK-ya bunları deyir (yenilənir):

    • ABŞ səfirlərinə müvafiq ölkələrin rəhbərliyini Rusiya ilə əməkdaşlıqdan çəkindirmək tapşırılıb.
    • Bu gün dollara olan inam əhəmiyyətli dərəcədə azalır.
    • Vaşinqton Rusiya Federasiyası ilə əməkdaşlıq etdiyinə görə Çin, Hindistan, Misir, Türkiyə və digər ölkələrə təzyiq göstərməyə çalışır.
    • Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyanı dəstəkləyən ölkələrin əksəriyyəti “misilsiz təzyiq” altındadırlar.
    • Qərb Ukrayna xalqını “zəiflətməyə” və onları ruslara qarşı yönəltməyə başlayıb.
    • Moskvanın heç vaxt şəxsən Ukrayna xalqına iddiası olmayıb.
    • Ümid edirik Almaniya kansleri Şolz təcrübə ilə öz maraqlarını müdafiə etmək zərurətini dərk edəcək.
    • RF ABŞ-ın Ukrayna ətrafında münaqişənin tezliklə həllində maraqlı olduğunu görmür.
    • ABŞ Kiyev hakimiyyətinin mövqeyinin müəyyən edilməsində həlledici rol oynayır.
    • Rusiya Federasiyası ona qarşı sanksiyalarına qoşulmuş ölkələrin Ukrayna ilə danışıqlarda vasitəçilik təkliflərini nəzərdən keçirməyə hazır deyil.
    • Rusiya Federasiyası İsrail və Türkiyənin Ukrayna ilə danışıqlarda vasitəçilik etmək təkliflərini müsbət qiymətləndirir.
    • İsveçrədən olan həmkarları ona Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlarda vasitəçilik etmək təklifi ilə müraciət ediblər.
    • Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar çoxdan verilib.
    • Kiyev təmsilçiləri arasında özünü göstərən işgüzar ruh Ukraynanın neytral statusu mövzusunda razılığa gəlməyə imkan verəcək.
    • Qərb təhlükəsizlik vəziyyətini sülh yolu ilə həll etmək istəmir.
    • NATO-nun Ukraynanın çağırışlarına cavabı Zelenskinin “həvəsini” öldürdü.
    • Rusiya gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq, lakin əlavə dəyərin nə olacağını başa düşmək lazımdır.
    • RF və Ukrayna danışıqlarını aparan tərəflərə isteriya yaratmadan, sakit atmosferdə işləmək imkanı verməyə çağırır
    • Lavrov Kulebanın Antalyadakı danışıqlarda heç bir yeni ideya irəli sürmədiyib.
    • Ukrayna ilə danışıqlarda “müəyyən bir kompromis ümid” var.

 11:25  

 11:25   AvtoVAZ-ın əməkdaşları elektron komponentlərin təchizatında davam edən böhran səbəbindən aprelin 4-dən aprelin 24-dək məzuniyyətə göndərir (NEXTA).

 10:50   Rusiya və Çin vahid beynəlxalq valyuta yaradacaqlar.

 10:26   OPEC Rusiya üzrə 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu cüzi azaldıb. Proqnoza görə, 2022-ci ildə sözügedən göstərici 11.76 mln. barel səviyyəsində olacaq (əvvəlki proqnoza əsasən 11.77 mln. barel).

 10:20   Bu ilin əvvəlindən Rusiya ABŞ-ın qiymətli kağızlarına kapital qoyuluşu həcmini 4,503 milyard ABŞ dolları artırıb.

 09:36   Beynəlxalq reytinq agentliyi Fitch Rusiyanın 31 bankının uzunmüddətli reytinqini “B” səviyyəsindən “CC” səviyyəsinə endirib.

 09:30   — Xarkov:

 08:45   Rusiya Mərkəzi Bankının 300 milyard dolları artıq Ukrayna üçün rezerv edilib. Bunu Ukrayna prezidentinin müşaviri Oleq Ustenko deyib.

 08:20   Müharibə səbəbindən 3 milyon nəfər Ukraynanı tərk edib.

 07:48   Ukrayna Prezidenti Volodmir Zelenski Zelenski ABŞ Konqresində videokonfrans vasitəsi ilə çıxış edəcək.

 06:30   ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib.

 05:01   Rusiya ordusu müharibə başlayandan bu günə kimi sistematik olaraq Ukraynanın mülki infrastrukturunu məhv edib, artıq 3,5 min obyekt var.

“Ukraynada təcavüzkar 3 500 infrastruktur obyektini, o cümlədən 230 nəqliyyat infrastrukturunu, əhalinin yaşayışını təmin edəb elektrik yarımstansiyaları və qaz kəmərləri kimi 165 obyekti tamamilə və ya qismən dağıdıb. Qismən və ya tamamilə dağıdılmış təhsil müəssisələrinin sayı 72-dir. İyirmi bir səhiyyə müəssisəsinə ziyan vurulub. Zərər görmüş yaşayış binalarının sayı hər gün dəyişir. İndi 2 700-dən çox dağıdılmış ev var. Sosial müəssisələrin sayı 10-dur. Digər obyektlər – onların arasında Dövlət Fövqəladə Hallar Xidməti, Milli Polis və s. binalar var – 400-dən çoxdur”- daxili işlər naziri qeyd edib.

 04:52   Ukrayna hakimiyyəti tərəfindən döyüş bölgəsindən humanitar dəhlizlərlə 29 minə yaxın insan təxliyə edilib. Bunu Volodimir Zelenskinin Ofis rəhbərinin müavini Kirilo Timoşenko deyib.

 04:40   Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın təşkilatdan çıxması və Avropa İnsan Haqları Konvensiyasını denonsasiya etməsi barədə rəsmi bildiriş alıb.

 03:20   Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın təşkilatdan çıxması və Avropa İnsan Haqları Konvensiyasını denonsasiya etməsi barədə rəsmi bildiriş alıb.

 03:00   Zelenski: Polşa, Çexiya və Sloveniya baş nazirlərinin Kiyevə səfəri cəsarətli və düzgün addımdır.

 02:30   Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edib.

“Antalya forumundan sonra Ukrayna böhranını həll etmək üçün diplomatik fəaliyyətimizi davam etdirmək məqsədilə Moskvadayıq”.

 02:05   ABŞ Prezidenti Cozef Bayden Konqresin hər iki palatası tərəfindən hökumətin cari maliyyə ili üçün 1.5 trilyon dollar məbləğində büdcə paketini qəbul edib.

 00:10   Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar martın 16-da davam edəcək.

 00:02   Britaniya “Yandeks”in rəhbərinə sanksiya tətbiq edib


Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər