30 C
Baku
Thursday, June 30, 2022

Rusiya-Ukrayna müharibəsinin 34-cü günü

19:58 -BMT: Ukraynada ən azı 1179 mülki şəxs həlak olub

15:55 — Rusiya Federasiyası qeyri-legitim olaraq ölkəsinə qarşı sanksiyalara qoşulmaqdan imtina edən ölkələrin mövqeyini yüksək qiymətləndirir, Lavrov deyib.

15:51 — Rusiya Müdafiə Nazirliyi: Rusiya Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları kəskin şəkildə azaltmaq qərarına gəlib. (RIA Novosti)

15:47 — Ukraynaının prezident ofisi: Ukraynanın bütün vətəndaşları atılacaq addımlarla bağlı fikir bildirəcək. Krımın gələcək taleyi kimi məsələlərdə referendum keçiriləcək. Bundan sonra qərar veriləcək. Manipulyasiyaya imkan verilməməlidir.

15:33 — Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların ilk günü başa çatıb. – (Habertürk telekanalı)

15:07 — Fransanın “Decathlon” idman mağazaları şəbəkəsi Rusiyada, o cümlədən Belarusda fəaliyyətini dayandırdığını açıqlayıb.

14:25 — “Emirates Hava Yolları” Rusiyaya uçuşları hələlik dayandırmayacaq, aviaşirkətin prezidenti Tim Clark bildirib.

14:00 — Yaponiyanın Nazirlər Kabineti milli şirkətlərdən Rusiya qazı üçün rublla ödəniş etməməyi xahiş edəcək.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno: “Hazırda yapon şirkətlərinin Rusiyadan alınan təbii sıxılmış qaza görə rublla ödəniş etməsi üçün mövcud müqavilələrdə bəndlərin olması barədə məlumat yoxdur. Buna baxmayaraq, G7 ölkələri arasında əldə edilmiş razılaşmaya müvafiq olaraq biz yapon şirkətlərindən müvafiq tələbə əməl etməməyi xahiş etmək niyyətindəyik”.

13:54 — Peskov Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların iştirakçılarının zəhərlənməsi ilə bağlı məlumatları informasiya təxribatının bir hissəsi adlandırıb.

13:50 — Peskov bildirib ki, Abramoviçin Moskva və Kiyev arasında danışıqlarda iştirakı hər iki tərəfdən bəyənilib.

Abramoviç Rusiya nümayəndə heyətinin rəsmi üzvü deyil, lakin o, Moskva və Kiyev arasında əlaqələrin təmin edilməsində iştirak edir, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib.

13:47 — Rusiya Qarabağ bölgəsində sülhün qorunması üçün ciddi səylər göstərir, Peskov bildirib.

13:45 — Peskov bildirib ki, Rusiya Federasiyası qazı pulsuz verməyəcək, bu mümkün deyil.

Qeyd edək ki, RF Avropaya qazı rublla satacağını deyir, Avropa isə bunun müqavilədə avro ilə olduğundan yalnız avro ilə mümkün olduğunu bildirir.

13:43 — Peskov Delyaqinini emosiyalarını cilovlamağa və Azərbaycanla bağlı qeyri-dost bəyanatlar verməkdən çəkinməyə çağırıb.

13:40 — Peskov hesab edir ki, gec-tez Moskva və Vaşinqton strateji sabitlik məsələləri barədə danışmalı olacaqlar, bu, bütün dünya üçün vacibdir.

“Baydenin Putinə qarşı şəxsi təhqirləri iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir, lakin hər halda Rusiya Federasiyası ilə ABŞ arasında dialoqa ehtiyac var”, – Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

11:10 — Ukraynanın Nikolayev şəhərinin vilayət administrasiyasının binasına aviazərbələr endirilib.

10:59 — Ərdoğan çıxış edir:

10:59 — Sizin müzakirələrdə əldə etdiyiniz nəticə növbəti mərhələdə liderlər səbiyyəsində təması da təmin edə bilər. Rusiya və Ukrayna prezidentlərinin görüşünə ev sahibliyi etməyə hazırıq.

10:48 — İstanbuldakı Dolmabaxça sarayında Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi masa.

10:30 — Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşdə deyib ki, Göstərdiyiniz səylərə görə sizi təbrik edirəm. Davam edən toqquşma qonşunuz və dostunuz olaraq bizi narahat edir.

10:23 — Türkiyə lideri Rəcəb Teyub Ərdoğan deyir ki, artıq Rusiya-Ukrayna müzakirələrində uğurlu nəticələr olmalıdır.

10:10 — İrlandiyalı icarədarlar Rusiya aviaşirkətləri ilə bütün müqavilələri tamamilə ləğv ediblər.

09:53 — Britaniya kəşfiyyatı: “Mariupolun mərkəzi Ukraynanın nəzarəti altındadır”.

08:30 — Avropa İttifaqı Şurası ukraynalı qaçqınlar, eləcə də onların əsas hissəsini qəbul edən ittifaq ölkələri üçün 10 bəndlik dəstək planını yekdilliklə qəbul edib.

08:10 — Bazar ertəsi, martın 28-də Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 17 hava hədəfini, o cümlədən 8 təyyarə, 3 helikopter, 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketi məhv edib.

07:21 — Ağ Ev Ukraynaya, eləcə də Avropa və Mərkəzi Asiyaya 1,6 milyard dollar məbləğində yardım nəzərdə tutan büdcə layihəsini təqdim edib.

07:20 — Ağ Ev Polşadakı Ukrayna hərbçilərinin silah tədarükü üçün ABŞ-la əlaqə saxladığını bildirib

07:17 — Yaponiya hökuməti aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən premium avtomobillərin və qiymətli daşların ixracına qadağa qoyur.

06:43 — “Bloomberg” agentliyi Ukraynda apardığı hərbi əməliyyatlara görə Rusiya və Belarusda fəaliyyətini dayandırdığını açıqlayıb.

04:24 — Peskov deyir ki, Rusiyada heç kim Ukrayna müharibsəində nüvə silahından istifadə haqqında düşünmür.

04:07 — Peskov deyir ki, Rusiya xeyriyyəçiliklə məşğul olmaq və Avropanı öz təbii qazını pulsuz təmin etmək niyyətində deyil, Moskva Avropa İttifaqının bu cür tədarükü rublla ödəməkdən imtina edəcəyi təqdirdə vəziyyəti öyrənəcək və əlavə qərarlar qəbul edəcək.

03:30 — Kanadanın baş naziri Castin Tryudo və Ukrayna prezidenti Volodimir Zelenski telefon danışığı zamanı Kiyevə dəstək verilməsi, Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələlərini müzakirə ediblər.

02:38 — Ukraynada Rusiyanın daha iki yüksək rütbəli hərbçisi öldürülüb. Belə ki, 58-ci birləşmiş silahlı ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı alayının komandiri və qərargah rəisi öldürülüb.

00:10 — ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putin haqqında dediklərinə münasibət bildirib. O bildirib ki, Putinin müharibə cinayətkarı olması barədə bəyanatı Vaşinqtonun siyasi mövqeyi deyil, sadəcə olaraq şəxsi qəzəbinin ifadəsidir.

Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər