30 C
Baku
Thursday, June 30, 2022

Rusiya-Ukrayna müharibəsinin 40-cı günü

17:50 — ABŞ Rusiyanın BMT İnsan Haqları Şurasından çıxarılmasını tələb edəcək.

17:33 — Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı sanksiyaların yeni mərhələsinə ehtiyac yarandığını və Ukraynanın Buça şəhərində mülki əhalinin öldürülməsinə görə Rusiya qüvvələrinin məsuliyyət daşıdığına dair açıq-aşkar işarələrin olduğunu bildirib.

17:14 — Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynanın NATO-ya üzv olmasına qarşı olduğunu müdafiə edən bəyanat yayıb və “barbarlığa” və Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa çağırıb.

16:56 —Ukrayna Prezidenti Volodimir Zelenski mülki əhalinin kütləvi olaraq öldürülməsi ilə gündəmə gələn Buça şəhərinə səfər edib.

16:40 —Danimarka Rusiya neftinin alınmasına moratorium qoyub, Qərb KİV bildirir.

15:29 —Putin dost olmayan ölkələr üçün cavab viza tədbirləri haqqında fərman imzalayıb.

15:00 — Kiyev vilayətinin Buça şəhərində qətliam törətmiş 64-cü motoatıcı briqadanın rusiyalı hərbçilərinin siyahısı hazırlanıb.

14:33 — ABŞ Buça [Ukrayna] qətliamına dair sübutlardan sonra Rusiyaya daha sərt sanksiyalar tətbiq edəcək – Washington Post.

14:29 —Polşanın baş naziri deyib ki, Almaniya Rusiyaya qarşı daha sərt sanksiyaların qarşısında əsas maneədir.

14:24 —Rusiyanın xarici işlər naziri Ukraynanın Buça şəhərində baş verənləri “saxta hücum” adlandırıb.

14:22 —Polşa, Latviya, Litva və Estoniya quru sərhədlərini Rusiya və Belarusa bağlayır.

13:59 —Rusiya Polşaya xəbərdarlıq edib. Kremlin sözçüsü Dmitri Peskov deyib. Polşa Baş nazirinin müavini Yaroslav Kaçinskinin bəyanatları qitədə gərginliyi daha da artıra bilər. Polşa rəhbərliyinin anti-Rusiya xətti bizi narahat edir. Bu, son dərəcə aqressiv xətdir.

13:40 —Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının Ukraynanın Buça şəhərində vəziyyətlə bağlı iclasının keçirilməsinə razılıq verməyib, Rusiya yenidən toplantının çağırılmasını tələb edəcək.

13:22 — Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyəcək.

13:05 — Rusiya ordusu Xarkov şəhərinin Sloboda rayonunu atəşə tutub, nəticədə ilkin məlumata görə, 7 dinc sakin öldürülüb, aralarında 3 uşaq olan 34 nəfər yaralanıb.

12:14 — Polşanın baş naziri Ukraynanın “soyqırımı” ilə bağlı beynəlxalq araşdırmaya çağırıb. Bu çağrışdan sonra, İspaniyanın baş naziri Ukraynadakı bu hadisələri mümkün “soyqırımı” kimi görür.

12:01 — Martın 28-dən aprelin 4-dək Ukraynada hərbi əməliyyatlarda ərazi dəyişiklikləri

 

11:01 —Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.

10:01 —Ukrayna MN deyib ki, Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb.

09:58 — Slovakiyanın İqtisadiyyat Nazirliyinin rəhbəri Riçard Sulik bildirib ki, ölkəyə qaz nəqlini dayandırmaq olmaz. Onun sözlərinə görə, Rusiya ödənişi rublla etməyi tələb etsə, o bu tələbi yerinə yetirməli olacaq. Sulik xatırladıb ki, Slovakiya ehtiyac olduğu qazın təxminən 85%-ni Rusiyadan alır.

09:46ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi şərtini açıqladı

Əgər bu, Ukraynadakı hərbi münaqişənin qarşısını almağa kömək etsə, Rusiyaya qarşı sanksiyalar ləğv edilə bilər. Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Ukraynanın nə etdiyinə və istədiyinə diqqət yetirəcək. Ətraflı

09:32 —Yaponiyanın baş naziri bildirib ki, ölkə Rusiyaya qarşı yeni sanksiyalarla bağlı müttəfiqləri ilə məsləhətləşəcək.

08:42 — ABŞ Rusiyanın Ukraynaya yeni hücumu barədə xəbərdarlıq edib. Rəsmi Moskvanın Kiyevdən qoşunları çıxarması barədə açıqlamasına baxmayaraq, Ukraynada müharibə “başa çatmaqdan çox uzaqdır”.

08:40 — “Financial Times” (FT) diplomatik mənbəyə istinadən yazır ki, Aİ-nin səfirləri Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar aprelin 6-da Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi məsələsini müzakirə etməyi planlaşdırır.

07:59 — Latviyanın “Latvijas Gāze” şirkəti Rusiya qazının pulunu rublla ödəmək imkanını nəzərdən keçirir.

05:42 — Ukraynanın yüzlərlə dinc sakininin qətlə yetirildiyi Buça şəhərinin fotoları yayılıb. Görüntülərdə şəhərdə kütləvi dağıntılar, xaos əks olunub.

04:00 — Polşanın Baş naziri Mateuş Moraveski Ukraynanın Kiyev vilayətində Rusiyanın hərbi cinayətlərini nəzərdən keçirmək və təsirli sanksiyalar tətbiq etmək üçün Avropa İttifaqı (Aİ) üzvlərini mümkün qədər tez toplaşmağa çağırıb.

03:59 —Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna başqa dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlar masasına otura bilər.

03:55 — Blinken: “Ukrayna hər Rusiya tankı əleyhinə 10 sistemə sahib olacaq”.

03:20 — Rusiya qoşunları Ukraynanın Sumı vilayətini tərk edir.

02:03 — Ukrayna ordusu Çerniqov vilayəti yaxınlığında Kolıçovka, Yaqidne, İvanovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.


Müharibənin 39-cu günü
Müharibənin 38-ci günü
Müharibənin 37-ci günü
Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər