30 C
Baku
Thursday, June 30, 2022

Rusiya-Ukrayna müharibəsinin 43-cü günü

17:34 – İsveçrə Rusiyanın 8 mlrd. dollarlıq aktivlərini dondurub

17:22 – Avropa Parlamenti Rusiya qazından və neftindən imtina ilə bağlı qətnamə qəbul edib

15:34 – Lavrov Ukraynanın Krım və Donbasla bağlı təklifini “qəbuledilməz” adlandırıb

15:27 – Lavrov Ukraynanı İstanbul görüşündəki müddəalardan kənara çıxmaqda ittiham edib

15:24 – Estoniya 2022-ci ildə Rusiya təbii qazının idxalını dayandıracaq

14:45 — Aİ Rusiya kömürünün idxalına qoyulan qadağanı təxirə salıb

13:10 — Dünyanın inkişaf etmiş yeddi ölkəsi (G7) Ukraynaya dəstəyi artıracaq.

13:00 — Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Aleksey Arestoviç: “Ağır döyüşlər Luqansk vilayətində (Rubejnoe, Popasna, Severodonetsk) və Birləşmiş Qüvvələr Əməliyyatı ərazisində aparılır”.

12:45 — Avropa İttifaqı avqustdan Rusiyadan kömür idxalını dayandıracaq

12:23 — Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov XİN-ə çağırılıb.

11:56 — Britaniya kəşfiyyatı: “Rusiyanın artilleriya və hava zərbələri Donbas xətti boyunca davam edir”

11:50 Rusiya MN: Ukraynanın beş pilotsuz uçuş aparatı məhv edilib

11:29— Avstraliya Rusiyanın Ukraynaya hərbi hücumu ilə əlaqədar rusiyalı oliqarxlara sanksiya tətbiq edir.

11:15 Rusiya qoşunlarının Kiyev yaxınlığında yerləşən Buça şəhərini tərk etməsindən sonra ərazidə kütləvi məzarlıqlar aşkarlanıb.

Bunu DW-yə müsahibəsində şəhərin meri Anatoli Fedoruk bildirib.

Onun sözlərinə görə, “Ukraqrosnab” müəssisəsinin, “Promenistıy” uşaq düşərgəsinin ərazisində, Vokzalnaya və Yablunskaya küçələrində kütləvi məzarlıqlar tapılıb. Burada aldıqları çoxsaylı güllə yarası nəticəsində ölmüş, əlləri bağlı vəziyyətdə olan dinc sakinlərin meyitləri aşkarlanıb. Ümumi ölü sayı 320 nəfər təşkil edir.

08:37 — ABŞ Prezidenti Co Bayden Rusiyaya yeni sərmayələri qadağan edən fərman imzalayıb.

08:14 — Ukraynada humanitar dəhlizlər vasitəsilə ötən gün 5 minə yaxın insan təxliyə edilib.

08:00 — Ukrayna Prezidentinin Ofisi məlumat yayıb ki, 2022-ci ilin ikinci rübündə dövlət büdcəsinin əhəmiyyətli dərəcədə aşağı icrası gözlənilir və may ayından başlayaraq müəyyən sosial xərclərin müvəqqəti azaldılması ehtimalı var.

07:43 — Finlandiya gömrükçüləri qiymətli sənət əsərlərini Vaalimaa sərhəd məntəqəsində saxlayaraq Rusiyaya keçirilməsinə icazə verməyiblər.

07:11 — Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hazırda Mariupoldan gəmilərlə yaralıların təxliyəsində Türkiyənin vasitəçilik rolu ilə bağlı danışıqlar davam edir.

04:35 — Böyük Britaniya Ukraynaya döyüş maşınları və onların idarə edilməsini öyrədən təlimçilər göndərməyi planlaşdırır. Bu barədə “Times” nəşri Britaniya hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

04:07 — ABŞ Ukraynanı silah və resurslar, o cümlədən “Javelin” tank əleyhinə raket kompleksləri yerləşdirməkdə davam edəcək. Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

04:00 — Xorvatiya Rusiya diplomatlarının bir qismini ölkədən çıxaracaq.

03:46 — Ukrayna ordusu Rusiya hərbçilərini Xerson vilayətinin Novovorontsovski rayonunun Osokorovka kəndindən çıxarıb. Kənd rayon mərkəzindən cənubda yerləşir və Dnepropetrovsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşir.

02:06 — Çexiya Senatı könüllülərin Ukraynada döyüşməsini qanuniləşdirməkdən imtina edib.

01:30 — Ukraynada münaqişə uzun müddət davam edə bilər. Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ Ev tərəfindən yayımlanan çıxışında deyilir.

01:23 — ABŞ Buçada baş verən hadisələrə görə Rusiyaya yeni iqtisadi sanksiyalar tətbiq edib.


Müharibənin 42-ci günü
Müharibənin 41-ci günü
Müharibənin 40-cı günü
Müharibənin 39-cu günü
Müharibənin 38-ci günü
Müharibənin 37-ci günü
Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər