15 C
Baku
Tuesday, April 16, 2024

🔴CANLI: Rusiya-Ukrayna müharibəsinin 44-cü günü

16:20 − Almaniyanın “Dr. Oetker” şirkəti Ukraynadakı hadisələr fonunda Rusiyada biznes fəaliyyətini tamamilə dayandırmaq qərarını verib. Bu barədə şirkətin aprelin 8-ində yaydığı məlumatda deyilir.

16:28 − İsveçin Swedbank maliyyə qrupu Rusiya və Belarusa ödənişləri dayandırır. Müvafiq bəyanat qrupun saytında yerləşdirilib.

16:20 − Tayvanın “Acer” şirkəti Ukraynada baş verən hadisələrin fonunda Rusiyadakı fəaliyyətini müvəqqəti olaraq dayandırır. Bu barədə şirkətin rəsmi saytında deyilir.

15:45 −Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar müsbət məcrada davam etmir.

14:50 −Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Kreml Ukraynadakı hərbi əməliyyatları yaxın gələcəkdə tamamlaya bilər.

14:21 −Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların məqsədini açıqlayıb: “Son sanksiyalar Rusiya Silahlı Qüvvələrinin Buçada və digər yerlərdə törətdikləri vəhşiliklərdən sonra tətbiq edildi. Sanksiyalarımızın məqsədi Rusiya qoşunlarının ehtiyatsız, qeyri-insani və aqressiv davranışını və Ukraynaya qarşı qanunsuz təcavüzünü dayandırmaqdır”.

14:12 −Avropa İttifaqı rusların 30 milyard dollarlıq aktivlərini dondurub, bu barədə Avropa Komissiyası məlumat verib.

12:48 −Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 17%-ə endirib. Tənzimləyici növbəti iclaslarda da uçot dərəcəsinin endirilməsini mümkün sayır. Qeyd edək ki, birja RMB-nın faizlərə cari durumu nəzərə alaraq dəyişməyəcəyini proqnoz edirdi.

12:47Rus ordusu mülki əhalinin təxliyəsi zamanı Kramatorsk dəmiryolu vağzalına iki raket zərbəsi endirib. Yerli mətbuatın iddiasına görə, 30 nəfər həlak olub, 100-dən çox yaralı var.

12:12 −Peskov: “Ordumuz Ukraynada önəmli itkilər verib. Bu bizim üçün böyük faciədir”. (SkyNews)

12:00Aİ Ukrayna ordusuna daha €500 mln. yardım ayırır

11:50 Avropa Komissiyasının Prezidenti və Aİ-nin ali nümayəndəsi Ukraynada səfərdədir

11:40 − Yaponiya Rusiyanın 8 diplomatını persona non qrata elan edib

11:00“WSJ”: Ruslar türk banklarına $3 mlrd. köçürüblər

Bunu Türkiyə Mərkəzi Bankının hesabatları təsdiqləyir.

10:57 − Prezident Ofisi: “Ukrayna real sülh müqaviləsi naminə Krım məsələsini ertələyə bilər”

10:27 − Emmanuel Makron: “Müharibə yaxın vaxtlarda bitməyəcək”

10:26Mer: “Buçada Rusiya hərbçilərinin öldürdüyü 163 dinc sakinin şəxsiyyəti müəyyənləşdirilib”

10:24 Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.

10:00 — Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məslələri üzrə ali Nümayəndəsi Cozep Borrell Kiyevə yola düşüblər.

08:56 — ABŞ və Rusiya hərbi departamentləri arasında son aylarda dialoq yaxşı getmir. Bunu Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Senatında keçirilən dinləmələrdə deyib.

08:32 — Amerika Birləşmiş Ştatları Ukraynaya 1400-dən çox hava hücumundan müdafiə sistemi, 5000-dən çox “Javelin” tank əleyhinə raket kompleksi və yüzlərlə “Switchblade” mərmiləri tədarük edib.

07:51 — Ukraynanın Sumı Vilayət Dövlət Administrasiyasının rəhbəri Dmitri Jiviski bildirib ki, bölgə rus işğalçılarından tamamilə azad edilib, lakin hələ də minalardan təmizlənməyə ehtiyac var.

06:45 ABŞ dövlət katibi Entoni Blinken rəsmi Vaşinqtonun rus diplomatlarını kütləvi şəkildə ölkədən çıxaran Avropa ölkələrindən nümunə götürə biləcəyini istisna etməyib.

06:30 Yaponiyanın Baş naziri Fumio Kişida bu günə planlaşdırılan mətbuat konfransında Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaq.

05:12 — Zelenski bildirir ki, Rusiya qarşısında diz çöküb görüş tələb etməyəcəyik.

05:03 “Sputnik V” koronavirus peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri tərəfindən yoxlanılmasına fasilə verilib. Yubanma rus ordusunun Ukraynaya müdaxiləsi ilə bağlıdır.

04:21 — Fransa Prezidenti Emmanuel Makron deyib ki, Fransa Ukraynada sülhün qurulmasında qarant rolunu oynamağa hazırdır.

04:10 — ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasının səkkiz fiziki şəxsini və 30-a yaxın strukturuna qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

02:40 Vaşinqton Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyünün dayandırılmasını dəstəkləyir. Bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.

02:36 — Dünya müharibənin daha tez bitməsini istəyirsə, onda bizə silah verməlidir, bunu Ukrayna Prezidenti Volodmir Zelenski deyir.

02:00 ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılmasını alqışlayıb.

 


Müharibənin 43-cü günü
Müharibənin 42-ci günü
Müharibənin 41-ci günü
Müharibənin 40-cı günü
Müharibənin 39-cu günü
Müharibənin 38-ci günü
Müharibənin 37-ci günü
Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Digər xəbərlər