16:20 − Almaniyanın “Dr. Oetker” şirkəti Ukraynadakı hadisələr fonunda Rusiyada biznes fəaliyyətini tamamilə dayandırmaq qərarını verib. Bu barədə şirkətin aprelin 8-ində yaydığı məlumatda deyilir.
16:28 − İsveçin Swedbank maliyyə qrupu Rusiya və Belarusa ödənişləri dayandırır. Müvafiq bəyanat qrupun saytında yerləşdirilib.
16:20 − Tayvanın “Acer” şirkəti Ukraynada baş verən hadisələrin fonunda Rusiyadakı fəaliyyətini müvəqqəti olaraq dayandırır. Bu barədə şirkətin rəsmi saytında deyilir.
15:45 −Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar müsbət məcrada davam etmir.
14:50 −Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Kreml Ukraynadakı hərbi əməliyyatları yaxın gələcəkdə tamamlaya bilər.
14:21 −Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların məqsədini açıqlayıb: “Son sanksiyalar Rusiya Silahlı Qüvvələrinin Buçada və digər yerlərdə törətdikləri vəhşiliklərdən sonra tətbiq edildi. Sanksiyalarımızın məqsədi Rusiya qoşunlarının ehtiyatsız, qeyri-insani və aqressiv davranışını və Ukraynaya qarşı qanunsuz təcavüzünü dayandırmaqdır”.
14:12 −Avropa İttifaqı rusların 30 milyard dollarlıq aktivlərini dondurub, bu barədə Avropa Komissiyası məlumat verib.
12:48 −Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 17%-ə endirib. Tənzimləyici növbəti iclaslarda da uçot dərəcəsinin endirilməsini mümkün sayır. Qeyd edək ki, birja RMB-nın faizlərə cari durumu nəzərə alaraq dəyişməyəcəyini proqnoz edirdi.
12:47 −Rus ordusu mülki əhalinin təxliyəsi zamanı Kramatorsk dəmiryolu vağzalına iki raket zərbəsi endirib. Yerli mətbuatın iddiasına görə, 30 nəfər həlak olub, 100-dən çox yaralı var.
Rus ordusu mülki əhalinin təxliyəsi zamanı Kramatorsk dəmiryolu vağzalına iki raket zərbəsi endirib. Yerli mətbuatın iddiasına görə, 30 nəfər həlak olub, 100-dən çox yaralı var. pic.twitter.com/jOpJUFNj2w
— Banker Azərbaycan (@BankerAz) April 8, 2022
12:12 −Peskov: “Ordumuz Ukraynada önəmli itkilər verib. Bu bizim üçün böyük faciədir”. (SkyNews)
12:00 −Aİ Ukrayna ordusuna daha €500 mln. yardım ayırır
11:50 − Avropa Komissiyasının Prezidenti və Aİ-nin ali nümayəndəsi Ukraynada səfərdədir
11:40 − Yaponiya Rusiyanın 8 diplomatını persona non qrata elan edib
11:00 − “WSJ”: Ruslar türk banklarına $3 mlrd. köçürüblər
Bunu Türkiyə Mərkəzi Bankının hesabatları təsdiqləyir.
10:57 − Prezident Ofisi: “Ukrayna real sülh müqaviləsi naminə Krım məsələsini ertələyə bilər”
10:27 − Emmanuel Makron: “Müharibə yaxın vaxtlarda bitməyəcək”
10:26 — Mer: “Buçada Rusiya hərbçilərinin öldürdüyü 163 dinc sakinin şəxsiyyəti müəyyənləşdirilib”
10:24 — Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.
10:00 — Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məslələri üzrə ali Nümayəndəsi Cozep Borrell Kiyevə yola düşüblər.
08:56 — ABŞ və Rusiya hərbi departamentləri arasında son aylarda dialoq yaxşı getmir. Bunu Pentaqon rəhbəri Lloyd Ostin ABŞ Senatında keçirilən dinləmələrdə deyib.
08:32 — Amerika Birləşmiş Ştatları Ukraynaya 1400-dən çox hava hücumundan müdafiə sistemi, 5000-dən çox “Javelin” tank əleyhinə raket kompleksi və yüzlərlə “Switchblade” mərmiləri tədarük edib.
07:51 — Ukraynanın Sumı Vilayət Dövlət Administrasiyasının rəhbəri Dmitri Jiviski bildirib ki, bölgə rus işğalçılarından tamamilə azad edilib, lakin hələ də minalardan təmizlənməyə ehtiyac var.
06:45 — ABŞ dövlət katibi Entoni Blinken rəsmi Vaşinqtonun rus diplomatlarını kütləvi şəkildə ölkədən çıxaran Avropa ölkələrindən nümunə götürə biləcəyini istisna etməyib.
06:30 — Yaponiyanın Baş naziri Fumio Kişida bu günə planlaşdırılan mətbuat konfransında Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaq.
05:12 — Zelenski bildirir ki, Rusiya qarşısında diz çöküb görüş tələb etməyəcəyik.
05:03 — “Sputnik V” koronavirus peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri tərəfindən yoxlanılmasına fasilə verilib. Yubanma rus ordusunun Ukraynaya müdaxiləsi ilə bağlıdır.
04:21 — Fransa Prezidenti Emmanuel Makron deyib ki, Fransa Ukraynada sülhün qurulmasında qarant rolunu oynamağa hazırdır.
04:10 — ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasının səkkiz fiziki şəxsini və 30-a yaxın strukturuna qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
02:40 — Vaşinqton Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyünün dayandırılmasını dəstəkləyir. Bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.
02:36 — Dünya müharibənin daha tez bitməsini istəyirsə, onda bizə silah verməlidir, bunu Ukrayna Prezidenti Volodmir Zelenski deyir.
02:00 — ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılmasını alqışlayıb.
Müharibənin 43-cü günü
Müharibənin 42-ci günü
Müharibənin 41-ci günü
Müharibənin 40-cı günü
Müharibənin 39-cu günü
Müharibənin 38-ci günü
Müharibənin 37-ci günü
Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.