Rusiya və Çin pandemiya zamanı dayandırılmış vizasız qrup səyahətləri haqqında sazişi yeniləyib, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir. Məlumat Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi tərəfindən təsdiqlənib. O, Çin vətəndaşlarının hökumətlərarası razılaşma əsasında Rusiyaya həm viza ilə, həm də vizasız daxil ola biləcəyinə aydınlıq gətirib.
Xatırladaq ki, yanvarın sonunda Çin hakimiyyəti fevralın 6-dan Rusiya da daxil olmaqla, 20 ölkədə mütəşəkkil qruplar üçün turist səfərlərinin bərpa olunacağını açıqlayıb. Həmin gün Çinin Rusiyadakı səfirliyi rusların artıq Çinə turist vizası ala bildiyini bildirib.
OVID-19 pandemiyasının başlaması ilə Çin və Rusiya arasında sərnişin axını demək olar ki, tamamilə dayanıb. İki ölkə arasında hava nəqliyyatı 2021-ci ilin martında bərpa edilib.
Pandemiyadan qabaq Rusiya və Çin arasında 5-50 nəfərlik qruplar üçün vizasız gediş-gəliş haqqında razılaşma olub, sonra bu razılaşma dayandırılıb.