20 C
Baku
Sunday, May 5, 2024

Lavrov-Mirzoyan görüşünün detalları açıqlanıb – Yenilənib

12:08

Martın 3-də Yeni Dehlidə “Raysin dialoqu” 8-ci beynəlxalq konfransı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Ümumi inteqrasiya birlikləri çərçivəsində beynəlxalq platformalarda əməkdaşlığın təşviqinə yanaşmalar yoxlanılıb. Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli sazişlərə uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib.

Danışıqlar dostluq və etimad mühitində keçib. Gələcək diplomatik təmaslar barədə razılıq əldə olunub.


10:35

Hindistanın paytaxtı Yeni Dehlidə Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşım edib.

“Sergey Lavrov Ermənistan XİN başçısını qəbul etdi və danışıqların istiqamətini müəyyənləşdirdi”, – o yazıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər