Rusiyanın Pskov vilayətinin qubernatoru Mixail Vedernikov “İnstagram”dakı izləyiciləri arasında 31 dekabrın qeyri-iş günü hesab olunması barədə soğru keçirib. 92 faizlik müsbət rəy alan qubernator ilin sonuncu gününü qeyri-iş günü elan edib.
Qubernator qərarını belə izah edib:
“Səsvermə açıq şəkildə göstərdi ki, Pskov vilayətinin əhalisinin böyük əksəriyyəti ilin son gününü istirahət günü kimi görmək istəyirlər. Bununla da istirahət gününün 31-dən 28-nə keçirilməsi haqqında sərəncam imzalandı. Qoy, bu gələn yeni ilin ilk hədiyyəsi olsun”.
Bundan əvvəl Stavropol vilayətinin qubernatoru eyni addımı atmışdı.
©Oxu.az