15 C
Baku
Tuesday, April 23, 2024

Rusiyadan Bakıya uçuşların sayı artırılır

Rusiyanın “Utair” aviaşirkəti noyabr ayında Samaradan Bakıya reyslərin sayını həftədə iki dəfədən üç dəfəyədək artırıb.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əlavə reys çərşənbə axşamları yerinə yetiriləcək. Uçuş Samaradan yerli vaxtla 12:40-da, Bakıdan əks istiqamətdə 17:05-də həyata keçiriləcək.

Eyni zamanda, şirkətin cümə axşamı və bazar günləri reyslərinin cədvəli dəyişməz qalır.

Xatırladaq ki, “Utair” aviaşirkəti Moskva, Qroznı, Samara, Ufa, Sankt-Peterburq, Tümen, Surqut şəhərlərindən Bakıya, Moskva şəhərindən Gəncə və Naxçıvana uçuşlar yerinə yetirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər