15 C
Baku
Saturday, April 20, 2024

Rusiyalı iş adamları bir gün ərzində 12 milyard dollar itiriblər

Rusiyanın 50 ən zəngin adamının ümumi sərvəti bir gün ərzində 11,7 milyard ABŞ dollarından çox azalıb.

RBK-ya istinadən, bu, “Forbes” jurnalının mütəxəssislərindən alınan və real vaxtla hesablanmış məlumatlardan görünür.

“Forbes” jurnalının siyahısında yer alan şəxslərin kapitalı Rusiyada fond bazarının çökməsinin ardından reallaşıb. Belə ki, bazar ertəsi “Mosbirja” indeksində 9%-dən çox, RTS indeksində isə, təxminən, 11% azalma qeydə alınıb.

“Rusal” “En + Group” səhmlərinin dəyərinin, demək olar ki, dörddə bir ölçüdə və ya 1,3 milyard dollar dəyərində kəskin azalması fonunda itkilər üzrə lider Oleq Deripaska olub.

“Norilsk nikeli”in əsas sahibi Vladimir Potanin də şirkətin səhmlərinin aprelin 9-da 15% azalması ilə əlaqədar 1,3 milyard dollar itirib.

Günün ən çox itirənləri siyahısında üçüncü və dördüncü yerlərdə Viktor Vekselberq (-908 milyon dollar) və Süleyman Kərimov (-813 milyon dollar) qərarlaşıb. Onların adları ABŞ Maliyyə Nazirliyi tərəfindən aprelin 6-da dərc edilən sanksiya siyahısında yer alıb.

“Forbes” jurnalının hesablamalarına görə, aprelin 9-da fond bazarının çökməsi nəticəsində Leonid Mixelson (-755 milyon dollar), Gennadi Timçenko (-716 milyon dollar), Vladimir Lisin (-578 milyon dollar), Roman Abramoviç (-534 milyon dollar), Vahid Ələkbərov (-519 milyon dollar) da böyük itki ilə üzləşib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər