Gürcüstanın Mehmanxana və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili İqtisadiyyat Nazirliyi və turizm sektorunun nümayəndələrinə rusiyalı turistlərin Bakı, İrəvan və Trabzondan (Türkiyə) Gürcüstana çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsi təklifini təqdim edib.
RİA “Novosti”yə istinadən, Alaverdaşvili bunu Birinci kanalının efirində deyib.
“Sənədin əsas mövzusu belədir: yaxınlıqdakı hava limanlarından – Bakı, İrəvan və Trabzondan rusiyalı turistləri Gürcüstana asanlıqla gətirəcək pulsuz avtobuslar təşkil olunsun”, – deyə o bildirib.
Alaverdaşvilinin sözlərinə görə, yekun qərar üçün müzakirələrə ölkənin Xarici İşlər Nazirliyi də qoşulacaq.
Report