19 C
Baku
Thursday, May 9, 2024

Rusiyanın “Aeroflot” şirkəti bu gündən Avropaya bütün uçuşları ləğv edir

Rusiyanın “Aeroflot” hava yolları şirkəti fevralın 28-dən etibarən hava məkanı məhdudiyyətlərinə görə Avropaya bütün uçuşları dayandırıb.

Bu barədə TASS aviadaşıyıcının bəyanatına istinadən xəbər verir.

“Avropa hakimiyyət orqanlarının tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinə görə, “Aeroflot” 28 fevral 2022-ci il tarixindən etibarən Avropa marşrut şəbəkəsi üzrə uçuşları növbəti xəbərdarlığa qədər dayandırır”, – şirkətin açıqlamasında bildirilir.

Daha əvvəl bildirilirdi ki, “Aeroflot” Böyük Britaniya hakimiyyətinin tətbiq etdiyi məhdudiyyətlərə görə 2022-ci il mayın 23-dək London və Dublinə bütün uçuşları dayandırır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər