8 C
Baku
Friday, December 13, 2024

Rusiyanın daha 10 şirkəti Azərbaycana məhsul ixrac edəcək

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın daha 10 müəssisəsinə Azərbaycana məhsul ixrac etmək hüququ verib.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında bildirilir.

Məlumata görə, həmin müəssisələr heyvandarlıq məhsulları, həmçinin yem və yem əlavələri istehsal edir. Qərar “Rosselxoznadzor”un müəssisələrin Azərbaycanın normativ tələblərinə uyğunluğu ilə bağlı verdiyi təminat əsasında qəbul edilib.

Hazırda 1 190-dan çox Rusiya şirkətinin Azərbaycana mal ixrac etmək hüququ var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər